-1,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Özgələrinin həyatını xilas edən azərbaycanlılar... - FOTO


Özgələrinin həyatını xilas edən azərbaycanlılar... - FOTO

06.01.2018 16:00
admin

Vətəndən kənarda azərbaycanlıların qəhrəmanlığı, cəsarəti, şücaəti haqqında 12 inanılmaz hekayə...

Milli.Az azews.az-a istinadən internetdə geniş müzakirələrə səbəb olmuş, milyonlarla pakistanlını ölümün cəngindən xilas edən azərbaycanlıların nəcib addımı barədə məqalədən sonra vətəndən kənarda qəhrəmanlıq və şücaət göstərən 12 azərbaycanlını oxucularla tanış edir.

1. Lyubertsi rayonunda talış diasporunun nümayəndəsi 21 yaşlı Səlaməddin Nağıyev Pexorka çayında batan yerli uşaqların həyatını xilas edərkən faciəli şəkildə həlak olub. Azərbaycandan Moskvaya, atasının yanına qonaq getmiş Səlaməddin Nağıyev Pexorka çayının sahilində gəzişəndə suda batan və yardım istəyən üç qızı görüb. O, bir an düşünmədən köməyə atılıb. Körpüdən çaya düşən Səlaməddin iki qızı sahilə çıxarıb. Lakin onun özü çayın sürətli sularından qurtula bilməyib. Şahidlərin dediklərinə görə, Səlaməddin Nağıyevi çayın sürətlə axan suları bir neçə dəqiqə ərzində su bəndinə tərəf aparıb. Batmağa başladığıın anlayan Səlaməddin üçüncü qızı yuxarı çıxarıb, özü isə boğulub.

2. Ukraynanın Kiyevşina vilayətində şapitodakı (gəzəri sirk) şir az qala bir uşağı parçalayacaqdı.
Ukraynanın NTN telekanalının məlumatına görə, ana mağazada başı söhbətə qızışan zaman uşağı gözdən yayınıb parkdakı səyyah sirkə girir. Həmin axşam Kiyev sakini, azərbaycanlı Raqif Qasımov Brovarovo yaxınlığında elektrik qatarı gözləyirmiş. Qəfildən stansiyanın yanındakı şapitodan uşaq çığırtısı eşidir. Raqif Qasımov görür ki, şir uşağı tutub, onu parçalamaq istəyir. Oraya qaçanda görür ki, qızışmış şir iki yaşlı uşağı sağa-sola dartır. Həmvətənimiz düşünmədən hasardan tullanır və əlinə keçən daşla şirin başına vurur. Səsə şapitonun işçiləri gəlirlər. Şir qorxub uşağı buraxır, sahibi isə onu dartıb aparır.

3. Sankt-Peterburqda rus qadını və onun qızını 4 nəfər təcavüzkarın əlindən məhz azərbaycanlı xilas edib. Hadisədən sonra qadın islamı qəbul edib.

"O, nəinki məni, hətta qızımı da xilas etdi. O, öz xeyirxahlığını və yüksək mənəviyyatını nümayiş etdirdi", - 28 yaşlı Kristina onu belə xatırlayır. Kristinanı xilas edən azərbaycanlı idmançı Şamil Vahabov olub. Bu hadisə internetdə böyük marağa səbəb olub, müxtəlif rəy və şərhlər yazılıb.

"Onlar bizi zorlayıb, sonra da öldürmək istəyirdilər. Əgər azərbaycanlı oğlan olmasaydı, bıçaqla silahlanmış manyaklar bizi vəhşicəsinə öldürəcəkdi", - qız jurnalistlərə danışıb.

4. 2014-cü ilin mayında Rusiyanın Krasnoyarsk şəhərində həmyerlilərimiz sərnişinlərə yardım edərək onları diri-diri yanmaqdan xilas ediblər. Belə ki, avtobus qaynar su çuxuruna düşür və 15 sərnişindən 14-ü yaralanır. Hadisə zamanı yaralanan avtobus sərnişinlərini azərbaycanlı Səbuhi və Tural Rəhimov qardaşları, eləcə də onların dostu Xəyyam Şirinov xilas edir. Avtobusda olan gənc həmyerlilərimiz sərnişinlərə yardım edərək onları diri-diri yanmaqdan xilas ediblər. Səbuhinin bildirdiyinə görə, qəza baş verəndən sonra pəncərəni sınıraraq çölə çıxıb və qardaşı ilə birlikdə sərnişinləri avtobusdan çıxarmağa çalışıblar. Bir neçə gün sonra avtobusda köməksiz vəziyyətdə qalmış sərnişinlərin həyatını xilas etmiş azərbaycanlı qardaşlar Krasnoyarsk şəhərinin meri Edxam Akbulatov tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılıblar.

5. İsveçin paytaxtı Stokholmda yaşayan azərbaycanlı Rüfət Mirzəyev silahlı hücuma məruz qalan qadını xilas edib. Azərbaycanlının bu cəsarətli hərəkəti İşveç mətbuatında, xüsusən də "Stockholm Direkt" nəşriyyatında dərc edilib. "O, soruşanda ki, arxamca nə üçün gəlirsən. Mən cavab verdim ki, polislər artıq gəlir və silahı təhvil ver. Bu zaman cinayətkar tapancanı mənə tərəf tuşladı, mən isə bir hərəkətlə silahı onun əlindən yerə saldım. Bundan sonra cinayətkar qaçmağa başladı. Mən tapancanı əl izim qalmadan götürdüm və polis operatoru ilə əlaqə saxladım. Oradan mənə bildirdilər ki, cinayətkarı izləyim. Mən onun ardınca qaçdım və silahı metronun girişində qoydum. Bildim ki, o qatara minsə qaçacaq, ona görə də onu izlədim", - R.Mirzəyev nəşrə bildirib. Bundan sonra həmvətənlimiz cinayətkarın harada olduğunu bildirib və polis canini saxlayıb. Polis məndən bu cür riskli hərəkəti necə etdiyimi soruşanda, cavab verdim ki, mən silahla hədələnərək qorxan insanlara kömək etmək istədim. Mən dərhal insanlara yardım etməli idim", - Rüfət İsveç mətbuatına bildirib.

6. Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı, əslən azərbaycanlı Baxış Kərimov həyət evində yanğının baş verdiyini görür və çoxuşaqlı ailəni xilas etməyə atılır. Polis əməkdaşı pəncərələrin şüşələrini sındırır, yatmış ev sahiblərini - qadını və kişini oyadır, sonradan öyrənir ki, evdə dörd uşaq var. Kərimov balacaları tapır, onları küçəyə çıxarır və sonra yenidən evdə qalanları xilas etmək üçün qayıdır. Qeyd olunur ki, yanğınsöndürənlər hadisə yerinə gəldikləri vaxt bütün ev alov içində idi. Rayon polis idarəsi hadisədən sonra Kərimovu mükafatlandırıb. Baxış Kərimovun qəhrəmancasına hərəkəti barədə bütün Rusiya kütləvi informasiya vasitələri yazır.

7. Daha bir həmyerlimiz isə Ağ Ev qarşısında aprelin 24-də icazəsiz yürüş keçirən və türk bayrağını yandırmağa cəhd edən ermənilərin üzərinə atılaraq onlardan bayrağı almışdı. Ermənilər isə buna cavab olaraq onun üstünə atılmışdı. Türkiyənin aparıcı KİV-ləri həmyerlimizin qəhrəmanlığından bəhs edən məqalə dərc etmişdi.

8. Tolyattidə həyatını riskə atan polis batan uşağı xilas edir. Hadisə Kopılovo yarımadasında baş verib. 4 məktəbli xizəkdə sürüşmək istəyərkən hələ bərkiməmiş buz gölünün içərisinə düşüblər. Məktəblilərdən biri özü göldən çıxa bilib. İkincisi isə batmağa başlayıb. Buz gölünün yaxınlığındakı bağında istirahət edən polis polkovniki Aydın Qəmbərov səsi eşidərək ora gəlib. Dostu ilə birlikdə məktəblini buz gölündən çıxara biliblər.

9. İkinci dünya müharibəsində Azərbaycan kəşfiyyatçıları xüsusilə fərqləniblər. Çoxsaylı kəşfiyyat məlumatları və əməliyyatlar ümumi gedişata müsbət təsir göstərib. Həmzə Cümşüd oğlu Sadıqov İkinci Dünya Müharibəsi dövründə "Sadıqaşvili" adı ilə kəşfiyyatçılıq edib. Həmzə sovet hərbi kəşfiyyatının tərkibində fəaliyyət göstərib və Stalinqrad ətrafında Hitlerin yaxın adamı general İohann Fon Roddenburqu əsir götürüb. İohann xüsusi amansızlığına görə seçilirdi və yəhudiləri şəxsən özü öldürürdü. Məhz azərbaycanlı kəşfiyyatçının cəsarət və igidliyi sayəsində onlarla yəhudi ailəsi ölümdən xilas olub. Bu gün də Həmzə Cümşüd oğlu Sadıqovun adı xüsusi ehtiram və hörmətlə çəkilir.

10. Faşizm üzərində qələbədə aviasiyanın da özünəməxsus rolu olmuşdur. Həmin cəsur şahinlərin tərkibində azərbaycanlı pilotların da xüsusi xidmətləri vardır. Azərbaycanın ilk qadın təyyarəçilərindən biri də Züleyxa Seyidməmmədova olub. O, ikinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. Təyyarəçilər aramsız uçuşlarla düşmənin yerləşdiyi ərazilərdə aerodromları, ordu hissələrini və texnikanı bombalayıb məhv etməklə qələbəni yaxınlaşdırıb. Yüzdən yuxarı sovet əsgərini əsirlikdən xilas edib. Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilib. O, 1946-1952-cı illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışıb, 1952-1975-ci illərdə Azərbaycan SSR-in İctimai təminat naziri olub.

11. İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, əslən Şəkidən olan Əhmədiyyə Cəbrayılov yüzlərlə fransız uşağın həyatını xilas edib. Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olub. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanıb və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə alıb. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə "hərbi medal"la ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir).

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür - Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

12. 20-ci əsrin əvvəlində Pakistanda ölümcül xəstəlik nəticəsində 100 mindən çox insan həyatını itirir. Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyev öz hesabına 300 mindən artıq vəba peyvəndi alaraq ora göndərir. Məhz bu amil Pakistanda vəba epidemiyasının məhvində böyük rol oynayıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *