6,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Avtomobillərin qiyməti nə qədər bahalaşıb? - VİDEO


Avtomobillərin qiyməti nə qədər bahalaşıb? - VİDEO

05.01.2018 21:54
admin

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən yanvarın birindən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 70 sent, istismar olunmuş avtomobillər üçün isə 1 dollar 20 sent müəyyənləşib.

Milli.Az bildirir ki, bir çox alıcılar yanvarın birindən etibarən avtosalonlarda qiymətin qalxacağını gözləyirdi. Satıcılar isə avtomobillərin qiymətlərində hələlik heç bir artımın olmadığını deyirlər.

Bəzi satıcılar isə yanvar hazırda satışda olan avtomobillərin dəyişiklik qüvvəyə minməmişdən gətirildiyi üçün qiymətlərin qalxmadığını deyir. hazıra salonlarda kifayət qədər belə avtomobil var.

Satıcılar deyir ki, avtomobil satışında alıcılıq zəiflədiyindən hələki onlar keçən ildən gətirilən maşınları satıb qurtara bilməyiblər.Ümumiyətlə isə ciddi bir artım gözlənilmir.Böyük mühərrik həcmli avtomobillərdə isə təxminən 2 min manat bahalaşma gözlənilir.

Mühərrik həcmi 1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu avtomobillərə tələbatın artacağı gözlənilsə də,hələlik onların qiymətində də bir fərq yoxdur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobillərin qiyməti nə qədər bahalaşıb?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *