7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » "Biletlərimiz satılmasa, meri işdən qovacaqdım"


"Biletlərimiz satılmasa, meri işdən qovacaqdım"

04.01.2018 23:59
admin

Konsertlərimizin biletlərinin məktəblərdə məcburi satılması ilə bağlı yayılan xəbərlər o qədər gülünc böhtandır ki, hətta təkzibə belə dəymir. Amma indiki halda, görünür, buna ehtiyac var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist, "Bu şəhərdə" komandasının üzvü Rafael İsgəndərov söyləyib. O bildirib ki, hazırda Lənkəranda səfərdədirlər və bu gün ikinci konsertləri olacaq:

"Lənkəranda konsertlərimizin biletləri 2 ay əvvəl satışa çıxarılıb. Dünənki konsertimizdə 30-dan çox adam yer olmadığı halda zala məcburi şəkildə daxil oldu, ayaq üstə bir neçə saatlıq konserti izlədi. Hətta nə qədər insan bilet üçün şəxsən bizə müraciət edib, təəssüf ki, onların istəyini yerinə yetirə bilməmişik, çünki zalda yer yoxdur. Təkcə Lənkərandan yox, Lerik, Astara, Masallı və digər bölgələrdən bizi izləməyə gələnlər, ancaq yer olmadığı üçün geri qayıdanlar oldu. Özünüz düşünün, Lənkəran kimi 223 min əhalisi olan rayon və ətraf rayonlarda yaşayan əhali üçün cəmi 500 nəfərlik bir zal o qədər böyükdürmü ki, bilet satılmamış qalsın?!"

Əməkdar artist Coşqun Rəhimov isə konserti bir neçə günlük təşkil etmədikləri üçün peşman olduqlarını bildirib:

"Tamaşaçıların bizə, əməyimizə olan hər zamankı sevgisini gördük. Təəssüf etdik ki, konsert müəyyən texniki səbəbdən ikigünlük nəzərdə tutulub. Arzulayardıq ki, Lənkərandakı növbəti konsertlərimiz bir neçə gün davam etsin və bizi izləmək istəyənlərin heç biri kənarda qalmasın. Təəssüf ki, bu gün konserti yekunlaşdırandan sonra Bakıya qayıtmağa məcburuq. Amma bir daha Lənkəran, o cümlədən Astara, Lerik, Masallı və digər rayonlarımızdan bizi izləmək üçün gələn, amma tamaşaya bilet ala bilməyənlərə sevgimizi çatdırırq, inşallah, növbəti konsertlərimizdə təşkilatçıların onları da nəzərə alacağına ümid edirik".

C.Rəhimov onu da vurğulayıb ki, Lənkəranda təşkil edilən 3-4 yanvar tarixindəki konsertlərinə biletlər hətta dəllaların işinə yarayıb:

"Sonradan öyrəndik ki, ilk anonslar yayılandan dəllalar konsertə marağı nəzərə alıb, xeyli bilet əldə ediblər və konsert ərəfəsində ikiqat, üçqat baha qiymətə satıblar. Sizcə, bir konsertə bilet dəllallar vasitəsilə satılırsa, orda hansı inzibati biletsatmadan söhbət gedə bilər?"

"Bu şəhərdə"nin rəhbəri Müşfiq Abbasov isə konsertə biletlərin İcra Hakimiyyəti tərəfindən məcburi satılması barədə xəbərə sarkazmla cavab verib:

"Doğru deyirlər, London konsertimizdə mer Sadiq Xan, Moskva konsertimizdə Sobyaninə şəxsən özüm tapşırıq verdim, onlar da əl-ayağa düşüb biletlərimizi satdılar. Hətta Sadiq Xanla Sobyanin əllərində bizim biletimiz qapıları gəzirdilər, çünki satılmasa, onları işdən çıxaracaqdım".

Qeyd edək ki, Lənkəranda baş tutan iki günlük konsert proqramı üçün məktəblərə və bağçalara məcburi bilet satılması ilə bağlı məlumatlar yayılıb.

"Bu şəhərdə" komandası "TəkƏr" adlı konsert proqramı ilə dekabrda London və Naxçıvan səfərlərindən sonra hazırda Lənkərandadır. Komanda bu gün Lənkəranda son konsertini verdikdən sonra yeni layihəyə başlayacaq. "Gəlin" adlanacaq yeni konsert proqramı ilk dəfə olaraq 6 martda Sumqayıtda start götürəcək, 8-12 mart tarixlərində (5 gün) Bakıda (Heydər Əliyev Sarayında), 17-18 martda isə Naxçıvanda tamaşaçılara təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *