9,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Hazırlıq qruplarının hansı universitetlərdə açılacağı bilindi - VİDEO


Hazırlıq qruplarının hansı universitetlərdə açılacağı bilindi - VİDEO

03.01.2018 23:16
admin

Hazırlıq qrupların hansı ali məktəblərdə təşkil ediləcəyi məlum olub. Milli.Az xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, hazırlıq qrupları qəbul planlari kəsirlə yerinə yetirilən, Təhsil müəsissələrində fəaliyyət göstərəcək. artıq bu ilin sentyabrından hazırlıq qruplarının fəaliyyətə başlayacağı gözlənilir.

Məqsəd belə ali təhsil müəssisələrində yaranan boşluğu aradan qaldırmaqdır. Təhsil eksperti Kamran Əsədov deyir ki,hazırlıq qrupları daha çox özəl universitetlərdə təşkil ediləcək. Çünki özəl universitetlərində plan yerləri çox vaxt dolmur.Bununla belə dövlət ali məktəblərində də hazırlıq qruplarının fəaliyyət göstərəcəyi gözlənilir.

Təhsil ekspertininn sözlərinə görə statistikaya əsaslansaq hazırlıq qruplarının təşkil edilməyəcəyi ali məktəbləri də təxmin etmək olar.

Hazırlıq qruplarının təşkil edilməsi üçün qəbul planının tam yerinə yetirilməməsi kifayət deyil. Çünki ali məktəblərin maddi texniki bazası da tələblərə cavab verməlidir.

Hazırlıq qruplarında təhsil almaq pulludur. Hazırlıq qruplarına qəbulla bağlı ali məktəblər öz təkliflərini dövlət imtahan mərkəzinə təqdim edəcək.Hazırlıq qrupunu bitirənlər sonda təhsil aldıqları proqrama uyğun imtahan verəcəklər. İmtahanı isə DİM həyata keçirəcək.

Daha bir maraqlı məqam hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Əks halda hazırlıq qruplarında yalnız qızlar təhsil alacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hazırlıq qruplarının hansı universitetlərdə açılacağı bilindi

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *