9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Gürcüstandan maşın gətirənlərə bəd xəbər - VİDEO


Gürcüstandan maşın gətirənlərə bəd xəbər - VİDEO

03.01.2018 23:34
admin

Sükanın yerinin dəyişdirilməsi təhlükəyə səbəb ola bilər. Yaponiya və Böyük Britaniya istehsali olan bəzi avtomobillərin sükanının yeri sağdan sola dəyişdirilir. Bu proses təhlükələrə yol açdığı üçün yanvarın birindən Gürcüstanda avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub. Milli.Az bildirir ki, Azərbaycanda da bu qəbildən olan xeyli avtomobil var. Mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri dəyişir. Bu zaman kiçik bir məsuliyyətsizlik böyük faciələrə yol aça bilər.

Dəyişdirilən digər hissə isə idarəetmə panelinin şitidir.

Elçin Abbasov deyir ki, dəyişdirilmə zamanı bəzən xırda detallara diqqət yetirilmir. Bu da sürücüyə çətinlik yaradır.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyinə görə, sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Ölkədə kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir. Bu da ölkə xaricində baş verir. Onlar da bütün təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Mütəxəssislər sükanın yeri dəyişdirilən avtomobil aldıqda onu detallı şəkildə texniki baxışdan keçirməyi məsləhət görürlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gürcüstandan maşın gətirənlərə bəd xəbər: "Perekidka" qadağan olundu

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *