15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Axtarışda iştirak edən şəxs: Alpinistlər tamamilə


Axtarışda iştirak edən şəxs: Alpinistlər tamamilə

02.01.2018 23:46
admin

"Alpinistlərin axtarışında bu gün hava şəraiti ilə əlaqədar fasilə yaransa da, axtarış qrupları təhlükəsiz yerlərdə düşərgə quraraq qarla müşayət olunan güclü küləyin səngiməsini gözləyir."

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə axtarış prosesində iştirak edən Arzu Mustafayev bildirib.
O deyib ki, hazırda alpinistlərin tapılmasında çətinlik yaradan ən əsas amil onların müraciət edərkən göstərdikləri klassik marşrutdan kənara çıxmalaradır.

"Axtarışlar nəticə vermədiyinə görə tədqiqat aparılıb və məlum olub ki, alpinistlər öz həmkarları ilə telefon danışıqlarında deyiblər ki, müraciətdə göstərdikləri kimi, klassik marşrutla deyil, tamam yeni, bu vaxta qədər keçilməyən 2-3 marşrutla zirvəyə çıxacaqlar. Bu da 20-30 kvadrat kilometr ehtimallar üzərində qurulan ərazi deməkdir və axtarışların çətinləşməsidir. Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin axtarışlara məsul nümayəndəsi də açıqlamasında deyəndə ki, dəqiq məlumat yoxdur elə bunu nəzərdə tutur. Bəli, onlar üzərlərinə götürdükləri marşrutla getməyiblər və problem də bundan ibarətdir."
O əlavə edib ki , Tufandaq zirvəsinin hündürlüyü 4191 metrdir. Amma 4172 metrdə isə yəni cəmi 19 metr aşağıda Ekologiya Nazirliyinin meteostansiyası qurulub və həmin yerə mütəmadi olaraq nazirliyin meteoroloqları qalxıb - düşür.
"Əgər onlar klassik marşrutla getsəydilər, belə problemin yaranmasına ehtimal da az olardı"
A.Mustafayevin sözlərinə görə, hazırda yüksəklikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bərabər Ekologiya nazirliyinin 30-dan artıq dağlarla təması olan mütəxəssis və nümayəndəsi var. Hava şəraiti imkan verən kimi axtarışlar birlikdə davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *