Sumqayıtda yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO

Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki,qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən qaçıb.
Belə ki, "Opel" markalı avtomobil şəhərin 11-ci mikrorayonunda yolu keçmək istəyən üç gənci vurub. Qəzada yaralanan Sumqayıt şəhər sakinləri, 17 yaşlı Cahangirov İsgəndər Rafiq oğlu, 16 yaşlı Hüseynov Həmid Ceyhun oğlu və 15 yaşlı Qasımov Emil Şahin oğlu yaxınlıqdakı insanların köməkliyi ilə təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan birinin vəziyyəti ağırdır. Qəza yerindən qaçan sürücünün kimliyi müəyyən edilib. O, saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb,hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Mənbə: milli.az
-
Intex 56440
50 AZN
-
Calvin Klein 2319
65 AZN
-
Intex 28252 -FULL (549x122)
1,738 AZN
-
Roberto Cavalli Acqua edt L
111 AZN
-
роза с надписью
25 AZN
-
Fendi Furiosa edp L
213 AZN
-
Giorgio Armani AR 2447 (N)
115 AZN
-
Ваза с оформлением VZ-01
61 AZN
-
Ralph Lauren Romance L
123 AZN
-
Ashtray smoking set 1020
46 AZN






