-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır


Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

02.01.2018 10:04
admin

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

G.Poladov qeyd edib ki, "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır:

"Qeyd edək ki, ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. Nəticədə dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11 faizdirsə, Azərbaycanda bu göstərici 1,8 faizdir".

O əlavə edib ki, son 3 ildə Səhiyyə Nazirliyi nəzdinda Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir: "Bu quruma müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 5404 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursualır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *