16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi-


Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi-

01.01.2018 23:59
admin

3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən "Azəriqaz" İctimai Birliyinin (İB) əməkdaşı Nəzərov Pənah Məmmədalı oğlunun məhkəməsi keçirilib. O, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Pənah Nəzərovun cinayət işi üzrə məhkəmə iclası Abşeron Rayon Məhkəməsində baş tutub.

1969-cu il təvəllüdlü Pənah Nəzərov "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləyib.

Baş verən qəza haqda...

Bir aliənin faciəsinə səbəb olan partlayış ötən ilin oktyabr ayında Hökməli qəsəbəsində baş verib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri Müşviq Qurbanovun evində baş verən dəhşətli partlayış 3 nəfərin ölümü ilə nəticələnib.

Partlayış nəticəsində 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və qızları 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişmişdi. Ailənin digər üzvü 2004-cü il təvəllüdlü Leyla Qurbanlı isə ağır dərəcəli yanıq xəsarətləri almışdı.
Mərhum Şəbruz Novruzova Bakıda tanınmış cərrahlardan olub.

"Azəriqaz" əməkdaşına qarşı ittiham...

İttihama görə, Pənah Nəzərov səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan cinayət əməli törədib.

Belə ki, P.Nəzərov "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron rayon texniki istismar xidmətində baş mühəndis vəzifəsində işləyərkən qazdan istifadə qaydaları, qaz təsərrüfatında təhlükəsizlik qaydaları, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərini pozub.

İttihamda yazılır ki, P.Nəzərov vəzifə funksiyalarına görə texniki sənədləşmə və texniki baxış qrafiklərinin tərtib olunmasının ona həvalə edilməsinə baxmayaraq, öz xidməti vəzifəsini yerinə yetirməyib Abşeron rayon Texniki İstismar ərazisində, Sulutəpə-Xırdalan daşıyıcı qaz kəmərində və istismara verilməsində 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə qaz sızması baş vermiş qaz kəmərinə baxış və təmir işlərinin keçirilməsi ilə bağlı tədbirlər görməyib, bununla da onun işə laqeyd münasibəti nəticəsində, 20 oktyabr 2016-cı il tarixdə saat 06 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Aşıq Ələsgər küçəsində yerləşən Novruzova Şəbruz Aydın qızına məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış baş verib.

Partlayış zamanı iki mərtəbəli yaşayış evinin 250.88 kv.m sahəsi tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

İttihamda qeyd edilir ki, P.Nəzərov evin bərpası üçünn ƏDV də daxil olmaqla sərf ediləcək vəsait nəzərə alınmaqla, 181 min 502 manat, evdə olan əmlakın bütünlüklə yanaraq məhv olması nəticəsində 141 min 721 manat olmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 323 min 223 manat məbləğində külli miqdarda ziyanı vurulmasına səbəb olan cinayət əməlini törədib.

Bu işdə zərərçəkmiş şəxs ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı tanınıb. Onun qanuni nümayəndəsi və mülki iddiaçı qismində Gülnar Novruzova, partlayış zamanı dünyasını dəyişən Şəbruz Novruzovanın hüquqi varisi isə Nuşravan Novruzov tanınıb.

İş üzrə mülki cavabdeh tərəf isə "Azəriqaz" İB-dir.

Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Pənah Nəzərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.

Mülki iddiaçı Gülnar Novruzova məhkəmədə maddi zərərin əvəzi qismində 729 min manat, mənəvi zərərin əvəzi qismində isə 500 min manat olmaqla, cəmi 1 milyon 229 min manat mülki iddia qaldırıb.

729 min manatlıq maddi zərərə evə və məhv olmuş əmlaka dəymiş zərərlə yanaşı mərhumların və yaralanan qızın müalicəsi üçün sərf edilən xərclər də daxil edilib.

Məhkəmə zərərçəkmiş tərəfin qaldırdığı mülki iddiada göstərilən vəsaitin "Azəriqaz" İB-dən tutulub Gülnar Novruzovaya ödənilməsini qərara alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *