15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Reyhan çayının faydaları


Reyhan çayının faydaları

01.01.2018 18:40
admin

Yeməklərdə ədviyyat kimi istifadə etdiyiniz yaşıl reyhanın nələrə faydası olduğunu bilirsinizmi?
Milli.Az immunitet.az-a istinadən bildirir ki, reyhandan qida sənayesində geniş istifadə edilir. Ondan müxtəlif içkilərin və sousların hazırlanmasında, sabun və şampunların düzəldilməsində istifadə edilir. Sizə reyhanın çayının bilmədiyiniz xüsusiyyətləri barədə danışmaq istəyirəm.
Reyhan çayı aşağıdakı xüsusiyyətlərə malikdir:
* antioksidantdır
* mədə ağrısını sakitləşdirir
* həzm sistemini normallaşdırır
* ağız yaraları zamanı istifadə edilir
Reyhan çayı necə dəmlənir?
Reyhan çayı dəmləmək üçün reyhanın həm qurusundan, həm də təzə reyhanın yarpaqlarından istifadə edilir.
Təzə reyhandan çay dəmlənən zaman 250 ml qynar suya 2 xörək qaşığı xırda doğranmış reyhan əlavə edilib, 4-5 dəqiqə sonra süzülüb içilir.
Qurudulmuş reyhanı dəmləyən zaman isə 4 çay qaşığı quru reyhan 250 ml qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməlidir.
Reyhan çayı K və A vitaminləri ilə zəngindir. 2 xorək qaşığı reyhanla dəmlənmiş çay orqanizmin A vitamininə olan ehtiyacının 6%-ini, K vitamininə olan ehtiyacının 27%-ini, kalsium ehtiyacının 1%-nı, dəmirə olan ehtiyacın 1%-ini ödəyir. Bundan əlavə mədədə olan narahatçılıq hissini aradan qaldırır, dəri xəstəliklərinin müalicəsində faydası böyükdür. Hindistanda fitoterapiya sənayesində astma və diabet xəstəliklərinin müalicəsi üçün tədarük edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *