9,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Bərdədə xəstəxanadan qaçmaq istədi, öldü - FOTO


Bərdədə xəstəxanadan qaçmaq istədi, öldü - FOTO

01.01.2018 19:02
admin

Bərdə rayonunda orta yaşlı kişi özünü xəstəxananın pəncərəsindən yerə atıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan Vəliyev Marif Hüseyn oğlu tibb müəssisəsindən qaçmaq məqsədi ilə birinci mərtəbədən yerə atılıb.
Bu zaman xəstənin başı yerə dəydiyindən o, ağır kəllə-beyin travması alıb. Yaralı bu dəfə Reanimasiya şöbəsinə yerləşdiriləsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Xəstəxanadan verilən məlumata görə, Marif Vəliyev ilk öncə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yol kənarında yıxılmış vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Özünü normal aparmayan xəstə həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Məhz bundan sonra xəstə gecə saatlarında müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmağa cəhd göstərib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *