15,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,28 AZN

описание


» » Gürcüstanda Qarabağ şəhidi anılıb


Gürcüstanda Qarabağ şəhidi anılıb

31.12.2017 22:24
admin

Gürcüstanda Qarabağ şəhidi Elşən Məmmədovun xatirəsi anılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin  nümayəndələri - hərbi attaşe Fuad İbrahimov, hərbi attaşenin baş köməkçisi Elcan İmamverdiyev və səfirliyin məsul əməkdaşı Fəxri Hacıyev Bolnisi rayonunun Zol-Göyəc kəndində E.Məmmədovun ailəsinə baş çəkib, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

Səfirliyin nümayəndələri şəhidin məzarını ziyarət edib və ətrafına həmişəyaşıl ağaclar əkib. Bolnisi bələdiyyəsinin merinin müavini Lonqinos Həsənov, Bolnisi azərbaycanlılarının mədəniyyət mərkəzinin sədri Əlixan Yəhyaoğlu, Zol-Göyəc kəndinin axundu da anım mərasimində iştirak ediblər.

Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 29-da Tərtər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. O, "Şücaətə görə" medalı ilə təltif olunub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *