19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Cocuq Mərcanlıda bayram sevinci - 24 ildən sonra - REPORTAJ - VİDEO


Cocuq Mərcanlıda bayram sevinci - 24 ildən sonra - REPORTAJ - VİDEO

31.12.2017 23:39
admin

Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında Yeni il bayramını qeyd edəcəklər. Uğurlu aprel döyuşlərindən sonra öz dogma kəndlərinə qayıdan ailələr Yeni il hazırıqlarını başa çatdırıblar.

Milli.Az bildirir ki, 24 il sonra onlar yenidən dogma yurdlarında bayramı qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi Cocuq Mərcanlı sakinlərinin həyəcanını bir az da artırıb.

Bayram günü "Xəzər Xəbər" Cocuq Mərcanlıda Məmmədovlar ailəsinin evində oldu. Bayram sevincini bölüşən bu ailə də digər məcburi köçkünlər kimi uzun sürən həsrətin sona çatdığını deyirlər.

Ailə başcısı Taleh Məmmədovun sözlərinə görə, dədə-babalarının əmanət etdikləri torpaqlarda bu axşam ocaqlar qalanacaq, qazanlar qaynayacaq, sevinc səsləri eşidiləcək.

Ailənin digər üzvü Vüsalə Qəhramanova isə bildirir ki, insanın öz evində, öz yurdunda bayram keçirməsi böyük zövqdür. Cocuq Mərcanlıdan 8 yaşı olanda köçkün düşən qadın müxtəlif rayonlarda məskunlaşmalı olub. Qayıdışın başladığını görən kimi doğma kəndinə qayıdıb.

Evin balacaları da bayramı məhz dogma ocaqlarında keçirdiklərinə görə çox sevincli olduqlarını bildirirlər.

Yenidən qurulan kənddə hələ ki, 50 ev istifadəyə verilib. Yaxın günlərdə daha 100 ailənin köçürülməsinə başlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cocuq Mərcanlıda bayram sevinci - 24 ildən sonra - REPORTAJ

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *