9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Rayona getmək üçün onlayn bilet alanların sayı artıb - AVTOVAĞZALDAN REPORTAJ - VİDEO


Rayona getmək üçün onlayn bilet alanların sayı artıb - AVTOVAĞZALDAN REPORTAJ - VİDEO

31.12.2017 23:42
admin

Ötən illərlə müqayisədə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı yaşanmayıb.

Milli.Az bildirir ki, səbəb isə qurum tərəfindən əvvəlcədən xəttə əlavə avtobusların buraxılması olub. Əvvəlki illərlə müqayisədə onlayn bilet alanların sayı da artıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsaqovun sözlərinə görə, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Maraqlı məqam ondan ibarətdir ki, əvvəllər sərnişnlər onlayn qaydada bilet almağa elə də üstünlük vermirdilər. Bu da avtovağzalda sərnişin sıxlığının artmasına səbəb olurdu. Ancaq ötən bir neçə illə müqayisədə onlayn bilet alanların da sayı artıb.

Avtovağzalda sərnişinlərin rahatlığı üçün tibb məntəqəsi də fəaliyyət göstərir.

Sərnişinlər hər hansısa problemlə bağlı avtovağzalın (012) 406-01-58 nömrəli qaynar xəttinə müraciət edə bilərlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rayona getmək üçün onlayn bilet alanların sayı artıb - AVTOVAĞZALDAN REPORTAJ

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *