9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Yaratdığı süvenirləri ilə məşhurdur - VİDEO


Yaratdığı süvenirləri ilə məşhurdur - VİDEO

31.12.2017 23:43
admin

Əşyalara bir toxunuşu ilə fərqli bir ruh verir. Onun düzəltdiyi sənət nümunələri hər kəs tərəfindən maraqla qarşılanır. Mingəçevirdə yaşayan 60 yaşlı Əli Rzayev düzəltdiyi əşyalarla məhşurdur. Sənətkarın əsərləri hər kəs tərəfindən maraqla qarşılanır və alınır.

Milli.Az bildirir ki, bütün bunların hamısı 60 yaşlı Əli Rzayevin əl əməyinin bəhrəsidir.

Mingəçevirdə yaşayan Əli Rzayev əslən Kəlbəcər rayonundandır. Hələ cavan yaşlarından taxta qırıqlarını şüşə parçaları ilə hamarlayaraq öz istedadını nümayiş etdirməyə çalışıb. Sənətkar emalatxanasını açıq havada qurub. O, burada həm sənət əsərlərini yaradır, həm də satışını edir.

Ustanın satdığı əşyaların qiyməti 1-20 manat arasında dəyişir. Onun alıcıları arasında gənc xanımlar daha çox üstünlük təşkil edir.

Əli Rzayev onun məşğul olduğu sənətə maraq göstərənlərin də az olmadığını bildirir. Gənclər ustaya yaxınlaşaraq ondan bu peşənin sirlərini öyrənməyə çalışır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yaratdığı süvenirləri ilə məşhurdur - Əli Rzayevin əl işlərini daha çox gənc xanımlar alır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *