-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Yalançı hədisləri ifşa edənlər və bu hədislərin aşiqləri


Yalançı hədisləri ifşa edənlər və bu hədislərin aşiqləri

30.12.2017 20:10
admin

Bu günlərdə şəxsiyyətinə və elminə böyük hörmət etdiyim ustadlardan biri şəxsi FB səhifəsində çox gözəl təşəbbüslə çıxış etdi: ənənəvi olaraq minbərlərdən və dini toplantılarda bizə hədis kimi təqdim edilən ifadə və cümlələrə aydınlıq gətirdi, bildirdi ki, bunlar heç də hədis yox, müxtəlif zaman kəsiyində müxtəlif şəxslər tərəfindən səsləndirilən kəlamlardır (Məsələn, "Namaz möminin meracıdır", "Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərlərindən əfzəldir", "Hakimiyyət küfr ilə qalar, zülm ilə qalmaz", "Mədə bütün xəstəliklərin evidir", "Elmi kişilərin ağzından eşidin, kitablardan deyil" və s.). Özü də sübut və dəlillərlə.

Milli.Az islam.az-a istinadən bildirir ki, düşünmək olardı ki, sıravi müsəlmanlar, Allaha doğru aparan yolda sabit-qədəm olmağa, bu yoldan sapmamağa çalışanlar belə zəhmətlərinə görə qardaşa dərin təşəkkürlərini bildirəcəklər, daha bir həqiqəti onlara tanıtdığına görə Allaha şükür edəcəklər. Əlbəttə, belələri də oldu. Amma bəziləri tam fərqli mövqe sərgilədilər: "Bu bizim nəyimizə lazımdır?", "Bu araşdırma "quranilərin" dəyirmanına su tökməkdir" və s. buna oxşar ittihamlar səsləndirildi. Açığını söyləyək ki, heç də təəccüblənmədik. Çünki son zamanlar dini cameəmizdə bir niqilizm ab-havası hökm sürür, hətta ən ağıllı söz, danılmaz fakt ya şübhə altına alınır, ya da ümumiyyətlə rədd edilir. Hər məsələyə dair az qala hər namaz qılanın öz mövqeyi və fikri var. Və fərq etmir bu namaz qılan gündəlik həyatında hansı peşənin sahibidir: avtobusmu sürür, suvaqmı vurur və yaxud "Binə"də ayaqqabı satır. Əlqərəz, qayıdaq mövzumuza və yalançı hədisləri ifşa edən qardaşa verilən suallara. Təbii ki, suallar və iradlar cavablandırıldı. Amma biz də məsələ ilə bağlı bir-iki kəlmə söyləmək istəyərdik.

Əvvəla qeyd edək ki, haqqı aramaq, yalanı həqiqətdən ayırmaq hər bir müsəlmanın borcudur. Həqiqət nə qədər acı olsa da, onu gizlətmək, aşkar yalanı isə camaata haqq kimi sırımaq günahdır. Odur ki, sözügedən araşdırma zamanı haqq üzə çıxarılıb və insanlara təqdim edilib.

İkincisi, bunun müsəlmanlara nə qazandıracaq sualına gəlincə, çox da dərinliklərə baş vurmayacağıq (hərçənd deyiləsi mətləblər çox, fayda isə saysız-hesabsızdır), yalnız birini qeyd edəcəyik. Şiə əqidəsinə görə orucu batil edən əməllərdən biri də Allah, Peyğəmbər (s) və imamlara nisbət verilən yalan sözlərdir. Ən azından qazancımız budur ki, artıq bu ifadələri oruc ağızla hədis kimi təqdim etməyəcəyik.

Üçüncüsü, hətta hazırda dünyada yaşayan müsəlmanların 90 faizi bu araşdırma səbəbi ilə dönüb "qurani" olsa belə, yenə də araşdırma son dərəcə faydalı və dəyərlidir. Yalanla, batillə, həqiqəti pərdələməklə haqqı bərqərar etmək mümkün deyil, insanları da İslama yalanla gətirməzlər. Haqqın yalan donuna bürünməsinə nə ehtiyacı var? Heç peyğəmbərin və imamların belə davranmasını təsəvvürümüzə gətirə bilərik? Məsələn, imam Rzanın (ə) yanında kimsə qalxıb cəddi Muhəmməddən (s) saxta hədis nəql edir. İmam da baxır ki, bu "hədis" çox gözəldir, bəzi faydaları ola bilər müsəlmanlara, həm dünyəvi, həm də uxrəvi. O səbəbdən də səsini çıxarmır, yola verir "ravini". Mümkündürmü belə şey? Əlbəttə ki, min kərə yox! Bəs o zaman niyə belə asanlıqla haqqa arxa çevirib batilə tərəf gedirik? Niyə unuduruq ki, acı həqiqət şirin yalandan yaxşıdır? Məgər qorxmuruq ki, bu "şirinlər" bizi elə bir "şəkər" xəstəliyinə mübtəla edər şəfası ancaq Cəhənnəm odu olar?..

Qeyd etdiyimiz araşdırmanın bir çox digər müsbət cəhətlərini də vurğulamaq olardı. Amma yazını çox uzatmayacağıq. Oxucunun da zamanını nəzərə alaq. Sadəcə sonda qeyd etmək istərdik ki, biz heç də bəzi populist və hərdəmxəyal, "Quran müqəddəs deyil", "İslamda qəbir ziyarəti yoxdur" və sair düşük fikirlər səsləndirən "ilahiyyatçılara" bəraət qazandırmaq, onları öyümək fikrində deyilik. Lakin kiminsə tənəsindən də çəkinərək haqqa göz yummaq şakərimiz deyil... Allah cəmi müsəlmanlara agahlıq versin və təəssübdən qorusun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *