13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bayram ərəfəsində turizm bölgələrində kirayə evlərə tələbat artıb - QİYMƏTLƏR - VİDEO


Bayram ərəfəsində turizm bölgələrində kirayə evlərə tələbat artıb - QİYMƏTLƏR - VİDEO

29.12.2017 21:30
admin

Yeni il tətilində bəzi xarici və yerli turistlər istirahət üçün bölgələrə üz tuturlar.

Milli.Az bildirir ki, bayram ərəfəsində hotel və istirahət mərkəzlərində yerlər tamamilə tutulduğundan fərdi evlərə tələbat artıb.

Hazırda İsmayıllıda fərdi evlərdə boş yer tapmaq çətinləşib.

Regional Mədəniyyət və Turizm İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, rayonda kirayə verilən fərdi evlərin sayı 100-ə yaxındır. Bu evlərin 98 faizi tutulub.

Evini kirayə verən sakinlərdən biri də Rəşid Qəribovdur. O, evini yeni təmir etdirib.

İsmayıllıda fərdi evlərdə 1 günlük qalmağın qiyməti otaqların sayından asılı olaraq, 30-70 manat arasında dəyişir.

Cənub bölgəsində isə vəziyyət fərqlidir. Hotellər və istirahət mərkəzlərində boş yer olmasa da, fərdi evlərə maraq böyük deyil. Evlərini kirayə verən sakinlər bunu soyuq havalarda mənzilləri tam qızdıra bilməmələri ilə əlaqələndirirlər.

Evlərin qiyməti otaq sayına və şəraitinə görə dəyişir. 1 nəfərin bir gün gecələməsi 10-15 manata başa gəlir.

Evlərini kirayə verənlər turistləri cəlb eləmək üçün şəraitlərini yaxşılaşdırırlar. Evləri mənzərəli yerlərə, çaylara və dənizə yaxın olan sakinlər daha şanslıdırlar. Çünki belə evlərdə qalmaq istəyənlər bu amillərə üstünlük verirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bayram ərəfəsində turizm bölgələrində kirayə evlərə tələbat artıb - QİYMƏTLƏR

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *