-2,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » 10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni "Azərpoçt" göndərdi - VİDEO


10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni "Azərpoçt" göndərdi - VİDEO

29.12.2017 21:48
admin

Bakıda azyaşlı qız Şaxta babaya məktub yazıb və hədiyyə istəyib. Məktub qaydalara uyğun olmadığından poçt əməkdaşlarının diqqətini çəkib və onu açıb oxuyublar. Uşağın istədiyi hədiyyəni də Şaxta babanın adından ona göndəriblər.

Milli.Az bildirir ki, 10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni "Azərpoçt" göndərib.

Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbə sakini Nigar Hüseynli dekabrın 4-də hədiyyə istəmək üçün Şaxta babaya məktub yazıb. Məktub yazmaq onun məktəbli kitabçasında gördüyü qeyddən sonra ağlına gəlib.

4-cü sinif şagirdi olan Nigar Şaxta babanın hədiyyəni göndərməsi üçün evlərinin ünvanını məktubda qeyd edib. Lakin məktub normal qaydalara uyğun yazılmadığından poçt əməkdaşlarının diqqətini çəkib.

4 gün əvvəl isə "Azərpoçt" MMC-nin poçt bağlamaları daşıyan maşını vasitəsi ilə böyük bir bağlama Nigarın məktubu qutuya atdığı 15 saylı poçt şöbəsinə göndərilib. Uşağın valideynləri də qaydalara uyğun olaraq bağlamanı almaq üçün oraya dəvət ediliblər.

Göndərilən bağlamada Nigarın istədiyi gəlinciklə yanaşı, bir neçə oyuncaq və hədiyyə qutusu da olub.

"Azərpoçt" MMC-dən bildirilib ki, uşaqlar tərəfindən yazılan bu cür məktublara tez-tez rast gəlinir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *