13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » İşsizlikdən sığorta pulu hansı qaydada veriləcək? -


İşsizlikdən sığorta pulu hansı qaydada veriləcək? -

26.12.2017 21:06
admin

İşini itirənlər işsizlikdən sığorta sistemindən yararlana biləcəklər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "İşsizlikdən sığorta haqqında" qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov deyir ki, qanun qüvvəyə mindikdən sonra İşsizlikdən Sığorta Fonduna hər ay işçinin əməkhaqqının 1 faizi miqdarında vəsait ödəniləcək.
Bu məbləğin bir hissəsi işsizlikdən sığorta ödənişlərinə, digər hissəsi isə aktiv məşğulluq proqramlarına sərf olunacaq. Sektor müdirinin sözlərinə görə, işsizlikdən sığorta sistemindən yalnız əmək müqaviləsi ilə işləyənlər və bu fonda 3 ildən yuxarı ödəniş edənlər faydalana biləcəklər.
İşsizlikdən sığorta ödənişi işini itirən şəxsə 9 ay veriləcək.
Ardınca isə bir il fasilə veriləcək. Sonra təkrar müraciət zamanı 3 ay müddətində minimum əməkhaqqı miqdarında sığorta ödənişi təyin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbərdarlıq edir ki, işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
İşsizlikdən sığorta pulu kimlərə şamil olunacaq və hansı qaydada veriləcək

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *