-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Niyə tacir bir şagirdə digərindən 5 dəfə çox maaş verirdi?


Niyə tacir bir şagirdə digərindən 5 dəfə çox maaş verirdi?

26.12.2017 21:20
admin

Bir gün bazarda böyük dükanı olan tacir özünə iki şagird tutur və onların birinə 50 dirhəm və o birisinə 250 dirhəm maaş verir.

O şagird ki, az maaş alırdı, bu haldan qəmgin olur. Bunun səbəbini dükan sahibindən soruşmaq istəyir, ancaq cürət etmir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gün həmin şagird dükan sahibi ilə birlikdə mal almağa gedirlər və dükan sahibi yaxşı müamilə etdiyi üçün çox sevincli idi. Şagirdi ilə birlikdə qəhvəxanaya gedir və nahar yeyirlər. Şagirdi görür ki, dükan sahibinin halı yaxşıdır, cürət edib öz sualını verir. O, deyir: "Ağacan, siz mənə hansı işi versəniz, çalışıram ki, onu tez bir zamanda və gözəl şəkildə yerinə yetirəm. Ancaq başa düşmürəm ki, niyə maaşım o biri şagirddən azdır".

Tacir gülümsəyir və deyir: "Oğlum, bir qədər səbir et. Qarşıdan gələn bir neçə gündə səbəbini sənə başa salacağam".

Hər iki şagird dükanda idi və malları bağlamaqla məşğul idilər. Bu zaman yeni karvanın səsini eşitdilər. Dükan sahibi üzünü şagirdlərinə çevirib deyir: "Ümid edirəm ki, yaxşı mal gətiriblər. Sizlərdən biriniz gedib baxın görün, nə xəbərdir".

Həmin az maaş alan şagird öz qabiliyyətini göstərmək üçün deyir ki, mən gedirəm.

Getməyindən bir neçə dəqiqə keçməmişdi ki, tez də geri qayıdır və deyir: "Böyük bir karvandır və dəvələri də çoxdur. Çox tələsirdilər və ona görə də düşünmürəm ki, sabaha qalsınlar".

Dükan sahibi ona təşəkkür edir və sonra üzünü ikinci şagirdə tutub deyir ki, indi sən get, gör nə xəbərdir?

Həmin şagirdi əlində olan işini buraxır və gedir. Bir neçə saat gəlmir və birinci şagird belə düşünür ki, işdən qaçmaq üçün gec gəlir. İstəyir ki, işlərin hamısını bu etsin.

Bir neçə saatdan sonra həmin şagird geri qayıdır və deyir: "Böyük karvandır. 104 dəvələri və 5 qatırları vardır ki, hamısının üstü yüklə doludur. Təxminən 12 nəfər tacirdir. Yükləri parça, badam və qozdur. Belə düşünürəm ki, onların malından bir qədərini satın ala bilərik. Öz malımızdan da onlara sata bilərik. Onlar yolkəsənlərdən amanda qalmaq üçün karvansarada qalırlar. Bizim şəhərin ədviyyatının və yununun tərifini eşidiblər.
Onlarla söhbət etdim və qərara gəldik ki, səhər tezdən onların ehtiyacı olan malları onlar üçün gətirəm. Əgər bəyənsələr, bizdən satın alacaqlar". (Həvzəh)

Tacir onun sözlərini diqqətlə dinləyirdi və ona təşəkkürünü bildirdi.

Sonra şagirdinə bir qədər pul verir ki, sabah üçün bir qədər su və yemək alsın ki, bir yerdə karvansaraya getsinlər. Elə ki, həmin şagird gedir, tacir üzünü birinci şagirdə tutub deyir: "İndi başa düşdünmü ki, onun maaşı niyə bu qədər çoxdur?".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *