-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” konserti - FOTO


Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” konserti - FOTO

26.12.2017 21:21
admin

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin "Muğam və Mənəviyyat" adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova "Naz eyləmə", "Bizə gəl yar" , Əməkdar artist Ehtiram Hüseynov "Çoxları incikdi", "Sərvi-azad" , xanəndə Kamilə Nəbiyeva "Neyləyə billəm" təsniflərini ifa ediblər.

Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, tanınmış xanəndə Fəraməz Gərmrudinin ifasında "Hümayun"muğamı təqdim olunub.

Tədbirdə xanəndələri Əməkdar artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə "Könül" instrumental ansamblı müşayiət edib.

Ansamblın üzvləri: Əməkdar artistlər Elşən Mansurov( kamança), Şirzad Fətəliyev(balaban), Kamran Kərimov (nağara) və Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov (bəm tar) Fərid Babayev (bəm kamança).

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *