7,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » Öz işində o kəs kimi ol ki, vəhşi heyvanlar onu qorxudurlar


Öz işində o kəs kimi ol ki, vəhşi heyvanlar onu qorxudurlar

26.12.2017 21:40
admin

"Beytul-müqəddəsin kənarında bir abidi gördüm və ondan istədim ki, mənə nəsihət versin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dedi: "Öz işində o kəs kimi ol ki, vəhşi heyvanlar onu qorxudurlar. Qorxur ki, birdən elə bir iş görər ki, vəhşi heyvanlar onu parçalayarlar. O gecə onun üçün qorxu gecəsidir, halbuki qalan insanlar rahatlıqla yatıblar. Onun gündüzü də qəm günüdür, halbuki batil əhli sevinclidirlər".
Leylinın qəbriO zaman ki, Leyli dünyadan gedir, Məcnun onun qəbrini axtarır. Qəbrinin yerini soruşur, ancaq heç kəs ona qəbrin yerini demir. O, bütün qəbirləri iyləyir və nəhayət Leylinin qəbrini tapır. Bu zaman deyir: "İstəyirlər qəbrini dostundan gizlətsinlər, halbuki qəbrin xoş iyi qəbrin sahibindən xəbər verir".Bu sözlərdən sonra can verib ölür. Onu da Leylinin kənarında dəfn edirlər. (Həvzəh)

Ata üçün edilən duaSəhrada yaşayan qadınlardan biri atasının qəbrinin kənarında dayanıb deyir: "Atacan! Sən olmayan zaman Allaha diqqət edirəm və gözəl nümunə olan Peyğəmbəri (s) sənin müsibətində yada salıram.
Allahım! Sənin bəndən, azuqəsiz və bəndələrin əlində olandan məhrum halda sənin verdiyinə möhtac olaraq Sənə daxil olmuşdur.
Allahım! Sən ən üstün kəssən ki, arzu edənlər ona tərəf gələrlər. Yoxsullar onun fəzlindən zəngin olarlar. Günahkarlar onun rəhmətində qərq olarlar.
(Atasının qəbrinə işarə edərək deyir:) Allahım! Onu rəhmətində qərar ver və onu öz behiştində yerləşdir".
Sonra ağlayır və geri qayıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *