7,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO


“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

26.12.2017 21:43
admin

Dekabrın 26-da Təhsil Nazirliyində "Elektron təhsil" Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. Son illər təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu deyən Ceyhun Bayramov bu sahədə müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini, görülən işlərin müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına təsir edən əsas amil olduğunu qeyd edib. Ceyhun Bayramov həmçinin, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayının artması, elektron tədris resurslarının mütəmadi zənginləşdirilməsi və informatika fənni üzrə yeni layihəyə başlanılması barədə məlumat verib.

Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

3  istiqamət və 6 nominasiya üzrə təşkil olunan müsabiqədə şəffaflığın təmin edilməsi məqsədi ilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti isə müsahibə əsasında müəyyən olunub.

Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644-ü II mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib.

Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.

Müsabiqə  "AzEduNet", "Ultra", "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, "Edumedia Azərbaycan" və "Nar" operatoru tərəfindən dəstəklənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *