-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Krossvord həll etmənin maraqlı faydaları


Krossvord həll etmənin maraqlı faydaları

26.12.2017 21:45
admin

Əhvalınızı yüksəltmək, stressi azaltmaq və depressiyaya düşməyi önləmək üçün əyləncəli bir yol axtarırsınız? Onda krossvord həll etməyi başlamağı düşünün.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ilk olaraq qəzetlərdə nəşr olunan krossvordlara artıq kitab halında çatmaq da mümkündür. Araşdırmalara görə, krossvordun zamana məna qatdığı müəyyən edildi. Zehni və fiziki rahatlıq üçün bir çox fayda verir.
Krossvord bir bütünlük meydana gətirdiyi üçün insanlar üzərində də bir təsir yaradır. Beyinə dopamin ifraz edərək insanda zövq və xoşbəxtlik duyğusu yaradan neyrotransmitter xaric edir.
 
Həftəlik kiçik hədəflər və müvəffəqiyyətlər də daxil olmaqla, dopamin səviyyələrinizi təbii olaraq davam etdirə bilmək üçün krossvord həll edə bilərsiniz. Beləcə, krossvord həll etdiyinizdə əldə etdiyiniz bu həyəcan, ümumiyyətlə həyata qarşı daha həyəcanlı olmağınızı və özünüzü enerjili hiss etməyinizə köməkçi olacaq.
 
Alzheimer riskinizi azaldır
Krossvord həll etməyin alzheimer xəstəliyi kimi yaşla əlaqəli nevroloji pozuntuları önləməyə köməkçi olduğu sübut edilmişdir.
 
Stressi azaldar
Araşdırmalara görə, krossvord həll etmək və ya şahmat kimi beyni işlədəcək fəaliyyətlərin televiziya izləmək, alış-veriş etmək kimi rahatlaşdırıcı təsirləri olduğu müəyyən olunmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *