13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Hoteldə iş yoldaşını bıçaqladı


Hoteldə iş yoldaşını bıçaqladı

19.12.2017 23:36
admin

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Teymur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

İttihama görə, bu il mayın 10-da paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən "Shah Palace" adlı hoteldə orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Məhkəmənin hökmü ilə Teymur Qasımov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *