13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » İmam Əlinin pənah verdiyi göyərçin


İmam Əlinin pənah verdiyi göyərçin

19.12.2017 23:40
admin

Əmmar Yasir nəql edir: "Əmirəl-möminin (ə) əyləşmişdi və bir göyərçin uçub gəldi. Öz dilində İmama (ə) dedi: "Bu gün uçan zaman gördüm ki, yerə dənələr töküblər. Yerə endim ki, onları dənləyim, qırğının qanad səslərini eşitdim. Məni ovlamaq istəyirdi, mən də qaçıb bura gəldim. Fəryadıma çat və mənə pənah ver.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) paltarının ətəyini qaldırdı və göyərçinə orada yer verdi. Bu zaman İmam (ə) gördü ki, həmin ovçu qırğı uçub gəldi. Öz dilində İmama (ə) başa saldı ki, mənim övumu burax.
 
İmam (ə) qırğıya buyurdu: "Bu heyvan mənə pənah gətirmişdir. Mən onu düşmən əlinə vermərəm".
 
Qırğı dedi: "Mən dörd gündür ki, acam. Bu gün bu göyərçini ovlamaq istəyirdim, o da sənə pənah gətirmişdir".
 
İmam (ə) buyurdu: "Hər kim mənə pənah gətirər, mümkün deyildir ki, ona pənah verməyim".
 
Ovçu qırğı dedi: "Ey Əli! Ya mənim ovumu ver, ya da mən acam, məni doyuzdur".
 
İmam (ə) onu necə doyuzduracağını düşünən zaman, qırğı fəryad çəkib dedi: "Əl saxla, mən Cəbrayiləm. O göyərçin də Mikayilin (ə) dostudur. Bu gün səni imtahana çəkmək istəyirdik və sənin comərdliyini yoxlamaq istəyirdik. Həqiqətən də comərdsən".
 
Allah Təala bizi o Həzrətin (ə) ardıcıllarından qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *