-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bu məktəbin yolu qəbiristanlıqdan keçir - şagirdlər çətinliklərlə üzləşirlər - VİDEO


Bu məktəbin yolu qəbiristanlıqdan keçir - şagirdlər çətinliklərlə üzləşirlər - VİDEO

18.12.2017 21:27
admin

Əvvəlcə dəmir yolu xəttindən, sonra isə qəbiristanlığın içərisindən keçərək məktəbə gedirlər.

Milli.Az bildirir ki, görüntülər Sumqayıtın Yaşıldərə yaşayış massivindən, 5-ci və 6-cı məhəllələrdəndir.

Sakinlərin sözlərinə görə, həmin ərazidə marşrut xətti yoxdur. Şagirdlər də marşurut avtobuslarına getmək üçün qısa yol kimi əvvəlcə təhlükəli dəmir yolu xəttindən, sonra isə qəbiristanlıq ərazisindən istifadə edirlər.

Sakinlər və şagirdlər bildirirlər ki, əsas çətinlik məktəblilər ikinci növbədəki dərslərdən qayıdan zaman yaşanır. Evə axşam saatlarında qayıdan uşaqlar qəbiristanlıq ərazisindən keçməyə qorxurlar.

Məsələ ilə bağlı Sumqayıt şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev bildirdi ki, 2018-ci ilin əvvəlindən bütün nəqliyyat sisteminə yenidən baxılacaq. Ehtiyac olarsa, sözügedən ünvana da marşrut xətti açıla bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu məktəbin yolu qəbiristanlıqdan keçir - şagirdlər çətinliklərlə üzləşirlər

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *