-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bakıda bir kişini bölə bilməyən qadınların qan davası - TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO


Bakıda bir kişini bölə bilməyən qadınların qan davası - TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO

18.12.2017 21:39
admin

21:39

Videonu izləmək üçün şəklə klikləyin:

Sabunçu rayonunda bir kişini bölə bilməyən qadınların qan davası - TƏFƏRRÜAT

----------

11:24

Sabunçu rayonunda baş verən qanlı hadisənin təfərrüatları məlum olub.

Milli.Az bildirir ki, ölkə.az-ın əldə etdiyi məlumata əsasən, ötən gecə Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində 23 yaşlı Cəlilabad rayon sakini Babayeva Aynurə Fazil qızı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya müraciət edib. Cərrahiyyə əməliyyatı olunan qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən araşdırmalara başlanılıb və hadisənin 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Günay Xanbaba qızı tərəfindən törədildiyi məlum olub. Saxlanılan G.Əliyeva törətdiyi cinayət əməlini etiraf edərək bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Qadının dediyinə görə, həyat yoldaşı, Füzuli rayon sakini Əliyar Əhmədov bir neçə ildir ki, A.Babayeva ilə qeyri-rəsmi münasibətdədir. Bununla bağlı dəfələrlə Aynurəyə xəbərdarlıq etsədə o, Əliyar ilə görüşməyi davam etdirib. Ötən gün isə Günay Aynurəyə zəng edərək onu görüşə çağırıb və üzərində gəzdiridiyi cib bıçağı ilə ona bir neçə xəsarət yetirib. 

"Ölkə.Az"-a açıqlamasında Əliyar Əhmədov da hadisənin onunla bağlı olduğunu etiraf edib. Hətta bıçaqlanan Aynurəni xəstəxanaya çatdırdığını da bildirib.

Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və G.Əliyeva şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, saxlanılan qadının 2 azyaşlı övladı var.

-----------

10:14

Bakıda qadın ərinin sevgilisini bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Babayeva Aynurə Fazil qızı Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın A.Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, Əliyarın (soyadı məlum deyil) həyat yoldaşı A.Babayevanı ərinə qısqanıb.

Hadisəni törədən qadın saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *