7,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » 71 yaşlı "Salyan körpüsü" - Bu körpü cəmi 4 aya ərsəyə gətirilib - VİDEO


71 yaşlı "Salyan körpüsü" - Bu körpü cəmi 4 aya ərsəyə gətirilib - VİDEO

17.12.2017 22:04
admin

Uzunluğu 350, eni isə7 metrdir. Bu körpünün tikintisi alman əsirlər tərəfindən həyata keçirilib.

Milli.Az bildirir ki, söhbət Kür çayı üzərində yerləşən və 71 il öncə inşa edilən "Salyan körpüsü"ndən gedir. Bu körpü tikilənə qədər cənub bölgəsinə gedib-gəlmək üçün yalnız Kür çayı üzərində quraşdırılmış pantonlardan istifadə edilirdi. Bu da uzun növbələrin yaranmasına gətirib çıxarırdı. İkinci Dünya müharibəsindən sonra Kür çayı üzərində dəmir konstruksiyalı bu körpünün tikintisinə başlanılıb. Tikinti işlərinə isə Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florov rəhbəlik edib.

İşçi qüvvəsinin arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıqdan məhrum edilən, Bavariyada körpü üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc almanın da olduğu bildirilir. Almanlar tərəfindən körpünün küləkli havada əsməsinin, rezonans hadisəsinin qarşısını almaq üçün üzərində dəmir konstruksiyalı fermalar quraşdırılırılıb. 6 dayaqdan ibarət olan körpünün tikintisi 1946-cı ilin mayında başa çatıb. Açılış mərasimində xalq şairi Səməd Vurğun, rus generalları və digər yüksək rütbəli məmurlar iştirak ediblər. Körpü tikilərkən onun giriş və çıxış hissəsində iki cüt şir heykəlləri də qoyulub. Lakin, sonradan onlar müəmmalı şəkildə ərazidən götürülüb.

Salyanın simvoluna çevrilən və el arasında "Salyan körpüsü" kimi tanınan Kür çayı üzərindəki bu möhtəşəm tikili yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb və 1992-ci ildə istifadəsinə qadağa qoyulub. Hazırda isə ona paralel olan yeni körpüdən istifadə olunur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
71 yaşlı

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *