7,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » İranda baş verən güclü zəlzələnin Azərbaycan üçün


İranda baş verən güclü zəlzələnin Azərbaycan üçün

12.12.2017 21:37
admin

İranda güclü zəlzələlər davam edir. Ötən gün 6, bu gün isə 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Sonradan isə ard-arda bir neçə titrəyişlər müşahidə edilib. İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, bu dəfə də İran və İraq sərhədində qeydə alınan zəlzələnin episentri 46 kilometr dərinlikdə olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, zəlzələ Türkiyə və Küveytdə də hiss edilib. Bundan əvvəl isə  İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Bu zaman 500-dən çox insan ölüb, 12 mindən çox insan xəsarət alıb.

İran region baxımından Azərbaycana ən yaxın sərhəd dövlətidir. Həmişə orada baş verən təbii fəlakətlərin Azərbaycanın ən yaxın rayonlarında az da olsa təsiri hiss edilir.

Bəs bu yeraltı təkanların Azərbaycan üçün nə qədər təhlükəsi var?

Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bildirib ki, dünəndən bəri İranda qeydə alınan zəlzələlər afterşoklardır. Onun sözlərinə görə, bu yeraltı təkanların Azərbaycan üçün heç bir təhlükəsi yoxdur.

"Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Bu cənub-şərqdə yerləşən və İranda ən nəhəng zəlzələ ocağı sayılan Zaqros qırılmasında baş verir. Həmin aktiv zonada güclü zəlzələlər olur. İndi də həmin ocaq aktivliyini artırıb. Bu gün baş verən yeraltı təkanlar da ötən zəlzələdən qalan afterşoklardır", - deyə alim bildirib.

Tahir Məmmədli deyir ki, həmin zəlzələ ocağının təsirləri cənub hissələrdə az da olsa hiss edilə bilər. Lakin bunun ciddi qorxusu yoxdur və heç bir təhlükə törədə bilməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *