6,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar iməcilik keçiriləcək


Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar iməcilik keçiriləcək

11.12.2017 20:55
admin

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dekabrın 14-də Türkan-Qala yolunun ətrafında ictimaiyyət və ekoloji qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə iməcilik keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2017-ci il tarixli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"na əsasən görkəmli alimin adına həsr olunmuş müsabiqə, ali və orta təhsil müəssisələrində isə "Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi" adlı seminar-məşğələlər keçirilir. Keçirilən tədbirlər çərçivəsində ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan şəxslərin mükafatlandırılması nəzərdə tutulub.

Görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub və tanınmış elm xadiminin Azərbaycan təbiətinin və ətraf mühitin mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *