13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bakıda evdə kondisioner partladı -


Bakıda evdə kondisioner partladı -

09.12.2017 21:14
admin

Bakıda fərdi yaşayış evində kondisioner partlayıb. Hadisə zamanı evdə olan iki nəfər xəsarət alıb. Kondisionerin partlaması nadir rast gəlinən hadisədir. Ustalar bunun bir neçə səbəbdən baş verə biləcəyini deyir. Bəs bu kimi haların baş verməməsi üçün kondisionerlərə hansı qulluq lazımdır?

Kondisionerin partlaması iki nəfərin xəsarət almasına səbəb olub.
Hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Röyal Qəhrəmanova məxsus evdə kondisioner anidən partlayıb. Nəticədə ev sahibi və həmin vaxt evdə olan Rəşad Əsgərzadə yüngül xəsarət alıblar. Məlumata görə, hadisədən sonra yağın olub. Adı çəkilən hər iki şəxs alova müdaxilə edərkən isə yanıq xəsarəti alıblar.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, məlum hadisə kondisionerlərin təhlükəsizlik məsələsini aktuallaşdırır. Bəs hansı hallarda kondisionerlərdə partlayış ola bilər? Uzun illərdir kondisioner təmiri və quraşdırılması ilə məşğul olan Şahin Cəfərov deyir ki, belə hallar ən çox qısaqapanma zamanı baş verir.
Ustanın sözlərinə görə, kondisionerlərdə qısaqapanma zamanı partlayışın baş verməsi hər zaman ola bilər. Bir çox hallarda bu kondisionerin iç blokundə, yəni otaqda olan hissəsində baş verir. Əgər kondisionerlərə vaxtı-vaxtında düzgün qulluq edilməzsə bu cür hadisələr qaçılmaz olur.Bunun üçün kondisioneri yay və qış mövsümündə həm iç, həm də çöl blokundakı lazımı detalları təmizləmək lazımdır. Şahin Cəfərov partlayışın kondisionerin kompressorunda da olmasını istisina etmir.
Ustanın sözlərinə görə, kondisionerin montajı zamanı diqqət ediləsi məqamlar da çoxdur. Belə problemlərin baş verməməsi üçün iç bloku çöl blokdan bir qədər yüksəkdə quraşdırmaq lazımdır. Əks halda kondisionerin ömrü az, bu cür hadisələrin baş verməsi də qaçılmaz olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda evdə kondisioner partladı

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *