13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Rəşad Mahmudov: "Azərbaycan dövlətinin səhiyyəyə diqqəti uğurları artırır" - FOTO


Rəşad Mahmudov: "Azərbaycan dövlətinin səhiyyəyə diqqəti uğurları artırır" - FOTO

09.12.2017 21:28
admin

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konfrans Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransda çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov Azərbaycan dövləti tərəfindən son illər səhiyyəyə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib. O qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin yaşayış səviyyəsinin artırılmasına ciddi təsir göstərib. Həmçinin səhiyyənin modernləşdirilməsi, bununla bağlı infrastrukturun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib.

Sonra konfransda məruzələr dinlənilib. Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdikləri tədbir təqdimatlar ətrafında müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən elmi-praktik konfransların təşkilində məqsəd tibb ictimaiyyətini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərinin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *