13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ayaq qoxusunu aparan sadə və təbii


Ayaq qoxusunu aparan sadə və təbii

09.12.2017 22:10
admin

Ayaq qoxusu gündəlik həyatda bir çox insanın probleminə çevrilib. Ayaq qoxusu sosial çevrədə insanda bir özgüvənsizlik yaratdığı kimi, psixoloji baxımdan da mənfi təsir edir.

Qara çay  
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1 stəkan suyu vannaya boşaldın. İçərisinə yarım stəkan qara çay əlavə edərək ayaqlarınızı bu qarşımın içərisində ən az 20 dəqiqə saxlayın. 10 gün boyu eyni prosesi təkrarlayın.
 
Sirkəli su  
 
5 stəkan suyu bir vannanın içərisinə əlavə edin. Daha sonra içərisinə 6 xörək qaşığı sirkə töküb ayaqlarınızı bu qarışımın içərisində 20 dəqiqə saxlayın. Bu prosesi də 10 gün ərzində təkrar edərək tətbiq edin. Sirkə ayaq qoxusunu aparmaqla yanaşı ayağınızdakı tər vəzilərinin də yavaş işləməsini təmin edəcək.
 
Lavanta yağı

1 litr suyun içərisinə bir xörək qaşığı lavanta yağı əlavə edin. Ayaqlarınızı bu qarışımın içərisində 15 və ya 20 dəqiqə saxlayın. Lavanta yağının mütəmadi olaraq istifadəsi ayaq qoxusunu tamamilə aradan qaldırmağa kömək edir.
 
Sodalı su
 
İlıq suyun içərisinə bir az duz və soda əlavə edin. Daha sonra suyu bir vannanın içərisinə boşaldıb ayaqlarınızı bu qarışımın içərisində saxlayın. Hər gün mütəmadi olaraq ayaqlarınızı duzlu suyun içərisində saxlasanız, ayaq qoxusu probleminiz aradan qalxacaq.
 
Limon qabığı
 
Təmiz ayaqları limon qabığı ilə mütəmadi olaraq ovmaq ayaq qoxusu probleminə əlac edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *