-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Сегодня вечером" o boyda "Qaya"nı "görmədi"


"Сегодня вечером" o boyda "Qaya"nı "görmədi"

08.12.2017 21:03
admin

Xalq artisti Rauf Babayev: "Əgər biz özümüz özümüzə arxa, dayaq olmasaq, bunu başqalarından ummağımız yersiz olardı"

Sovet estradası... Söz birləşməsinin, ifadənin, məfhumun sosialist məkanının özü qədər genişmiqyaslı və çoxçalarlı olmasını təsəvvür etmək çətin deyil. bu genişmiqyaslılığı, çoxçalarlılığı təşkil edənlər arasında o vaxtkı Azərbaycan Sovet Sosialist Respublikasının musiqiçilərinin əlahiddə dəsti-xətti var. İttifaq miqyasında tanınmış (bu miqyasa layiq olan, amma müxtəlif səbəblərdən yalnız Azərbaycanda tanınan istedad sahiblərimizdən savayı) bəstəkar və ifaçılarımızın adı o qədər çox, yaradıcılıqları elə diqqətçəkəndir ki, coğrafi miqyas etibarilə böyük olmayan ölkəmiz üçün bu xəzinənin nüfuzedici həcminin tərkib hissələri olan o görkəmli isimləri bir daha sadalayıb bəd nəzərləri sayıq salmaq istəmirəm. Həm də beynəlxalq məlumat şəbəkəsi dövrünün oxucuları üçün belə məlumatlar qətiyyən əlçatmaz deyil. Bax burda gəlib çatdıq mətləb üstünə - bəs onda necə olur ki, Moskvanın Birinci kanal kimi ünlü teleməkanının reytinqli proqramlarından biri olan "Сегодня вечером" ("Bu axşam") kimi layihənin 1970-ci illərin estradasına həsr olunmuş buraxılışında bizim məsələn, "Qaya" kvarteti nəinki iştirak etmir, hətta adı da çəkilmir. Halbuki proqramın qonaqlarının əksəriyyəti məhz keçmiş sovet vokal-instrumental ansamblları idi. Təəccüb və təəssüfümüzü "Qaya"nın solistlərindən biri, xalq artisti Rauf Babayevlə bölüşdük...

Rauf Babayev:

"Bilmirəm niyə dəvət etməmişdilər. Və niyə bizim heç adımız da çəkilmədi. Özü də bu birinci dəfə deyil. Həmin veriliş bir dəfə də həmin mövzuya həsr olunmuşdu. Polad Bülbüloğlu da dəvət olunmuşdu. Aparıcı ona söz verəndə başqa keçmiş sovet respublikalarının populyar musiqiçiləri haqqında ağızdolusu danışdı, "Qaya"nın isə heç adını da çəkmədi. Və yaxud da məşhur həmyerlimiz Yuliy Qusman. Həmin Yuliy Qusman gözəl bilir ki, keçmiş SSRİ vaxtı Mərkəzi Televiziyada ilk şou proqramın təşəbbüskarı məhz biz olmuşduq. O şou proqramın rejissorları isə Yuliy Qusmanla Mark Rozovski idilər. Bu fakt ola-ola Qusman bizim adımızı çəkmədi.

Əgər biz özümüz özümüzə arxa, dayaq olmasaq, bunu başqalarından ummağımız yersiz olardı. Hələ bir dəfə belə bir hadisə olmuşdu: Moskvadan zəng edib bizim kvarteti xəbər alıblar, deyiblər ki, hansısa verilişə dəvət etmək istəyirik, bizimkilər isə cavab veriblər ki, "Qaya" kvarteti artıq mövcud deyil. Halbuki keçmiş "Qaya"nın üzvlərinin əksəriyyəti sağ-salamatdır və yeni "Qaya" ansamblı da fəaliyyətdədir. Belə davranışın nəticəsi olaraq peşəkarlarla məsləhətləşmək ənənəsi də tamamilə yox olub. Müsabiqələrə yeniyetmə ifaçıları göndərəndə bizim kimi musiqiçilərlə, ifaçılarla məsləhətləşmirlər. Ona görə də məsələn, "Qolos" müsabiqəsində sonuncu yeri tuturuq.

Bir faktı da deyim: Bir dəfə imkanlı vətənpərvərlərimizə səsləndim ki, Moskvada "Qaya"nın çoxlu sayda lent yazıları qalıb. Çünki biz o vaxt ən populyar qruplardan biri idik. Yaxşı olar ki, o lent yazılarını kimsə alıb Azərbaycana gətirsin. Fərqi yoxdu, şəxsi fonotekasına daxil etsin, ya da dövlət təhvil versin, əsas odur ki, o lent yazıları Azərbaycanda qalsın. Amma hələ də səsimə səs verən yoxdu.

Yaxşı ki, "Жизнь по имени "Гая" adlı kitabım işıq üzü görüb. Kvartetimizin tarixi ilə tanış olmaq istəyən hər kəs bu kitabdan dolğun məlumat ala bilər."

Nəinki öz dövrlərinin, bütün zamanların dəyərli musiqiçiləri ilə çalışan "Qaya" kvartetinin həmdövr olduqları həmkarları ilə müqayisədə çox gözəl özəlliyi var: "Qaya" öz adını bütün bu böyük müddət ərzində tamamilə doğrultmaqdadır - kvartetin üzvlərinin dostluğu zamanın sınağından üzüağ çıxıb, Rauf Babayevin rəhbərliyi ilə yaradılan "Bəri bax" uğurlu fəaliyyətini artıq bir neçə ildir ki, yeni "Qaya" ansamblı olaraq davam etdirir, ustadları Rauf Babayevi və musiqisevərləri sevindirir. Belə keyfiyyət yenilməzliyi və üstəgəl parlaq tarix bu kollektivin dəyərini görməkdən ötrü kifayətdir.

Samirə Behbudqızı
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *