13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısının alınması üçün yeni mexanizm yaradılacaq


Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısının alınması üçün yeni mexanizm yaradılacaq

08.12.2017 19:18
admin

Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün tam yeni bir mexanizm yaradılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırlanıb.

Layihə daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə olan (tikintisi başa çatmayan) binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.

Layihəyə əsasən yeni mexanizmin əsas hissəsi mənzillərin vətəndaşlara satılmasına qədərki prosedurlardan ibarətdir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *