7,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » Tovuzda məmuru öldürənə hökm oxundu


Tovuzda məmuru öldürənə hökm oxundu

01.12.2017 00:02
admin

Dövlət Sığorta Kommersiya şirkətinin Tovuz rayon filialın direktorunu qətlə yetirən şəxsə höküm oxunub.
Milli.Az "Report"a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Hakim Qasımov Zabil Bəhmən oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində Tovuz şəhər sakini, 1965-ci il təvəllüdlü, Dövlət Sığorta Kommersiya şirkətinin Tovuz rayon filialında baş mühasib vəzifəsində işləmiş Vəliyev Vidadi Bəhmən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.
Dövlət Sığorta Kommersiya şirkətinin Tovuz rayon filialında baş mühasib vəzifəsində işləyən Vəliyev Vidadi Bəhmən oğlu filialın direktoru olan Bayramova Raya Nəsrəddin qızı ilə aralarında əvvəllər baş vermiş mübahisələrlə əlaqədar qərəzli münasibətdə olduqları halda o, 20 aprel 2017-ci il tarixdə filialda işləyən işçilərin aylıq sosial ödənişləri barədə hesabatların əvvəllər olduğu kimi tərtib edərək, Dövlət Sığorta Kommersiya şirkətinə göndərilməsini təmin etmək məqsədilə filialın direktoru Raya Bayramovaya zəng edərək, işlədiyi filiala gəlib tərtib olunmuş hesabatı şirkətin mərkəzi ofisinə göndərəcəyini bildirib. Buna görə də Raya Bayramova saat 15 radələrində Tovuz şəhəri, Sabir küçəsi 49 ünvanında yerləşən filialın inzibati binasına - onun xidməti otağına gəlib və tərtib olunmuş hesabatı imzaladıqdan sonra o, Raya Bayramovadan işçilərin aylıq sosial ödənişlərinin ödənilib-ödənilməməsini soruşduqda, filialın direktoru həmin müraciətin tabeliyində işləyən işçisi tərəfindən təhqir olunması kimi hesab edib. Onlar aralarında yaranmış mübahisə zamanı qarşılıqlı olaraq biri-birinə nalayiq ifadələr işlətməklə əlbəyaxa olublar. Bu zaman V.Vəliyev R.Bayramovanı aralarında yaranmış qərəzli münasibətlər zəminində qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə otağın giriş qapısının bağlanmaması üçün istifadə edilən kərpic parçasını götürüb və qadının baş nahiyəsinə qəsdən çoxlu sayda zərbələr endirməklə R. Bayramovanı xüsusi amansızlıqla öldürüb.
Məhkəmənin hökmü ilə Vəliyev Vidadi Bəhmən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *