26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dünyada olan çətinliklər – əslində bir mükafatdır


Dünyada olan çətinliklər – əslində bir mükafatdır

23.11.2017 23:40
admin

"Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər "Allahın köməyi və yardımı nə vaxt yetişəcək?" deyirdilər. (Dedik:) "Bilin, Allahın köməyi həqiqətən yaxındır"". ("Bəqərə" 214).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə bizlərə demək istəyir ki, dünya imtahan dünyasıdır və heç kəs bu imtahan dünyasından keçmədən, behiştə daxil ola bilməz. Əgər behişt əhli olmaq istəyirsinizsə, keçmiş müsəlmanların başına gələn bəlaları və ağrılı hadisələri yadınıza salın ki, bütün bunların hamısı İlahi imtahan idi. Bütün maddi və cani çətinliklər insanın insan kimi yetişməsi üçündür.
 
Həzrət Peyğəmbər (s) buyurur: "Behişt çətinliklərlə bükülmüşdür".
 
Başqa bir hədisdə oxuyuruq: "Möminlər üçün dünya giriftarlıqları elə bir mükafatdır ki, başqaları deyərlər: "Ey kaş bu çətinliklər, daha çox çətinliklə bizim üçün olaydı"".
 
Bəli, həyat çətinlikləri insanın inkişafına, qürbünə və behiştə daxil olmasına səbəb olar.
 
Bu mübarək ayədən çıxartdığımız nəticələr:
 
1. Hər kim behiştə imana malik olduğu üçün getməyi düşünürsə, yanlışdır. Gərək dünya çətinliklərindən başıuca halda keçsin ki, behiştə layiq ola bilsin.
 
2. İlahi sünnətdə heç bir dəyişiklik olmaz. Bütün millət və ümmətlər İlahi imtahandan keçərlər.
 
3. Başqalarının çəkdiyi çətinliyə diqqət etmək insanı təskin edər.
 
4. Dünya çətinlikləri o qədər böyük ola bilər ki, peyğəmbərləri belə, pərişan etmişdir.
 
5. Bütün çətinliklərdən çıxış yolu Allahdan yardım istəməkdir.
 
6. Çətinliklərə müqavimət göstərmək İlahi yardımı almaq üçün zəminə olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *