22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakıda maraqlı dükan var - VİDEO


Bakıda maraqlı dükan var - VİDEO

23.11.2017 21:17
admin

Əksər vaxt bina sökülərkən mənzillərdəki əşyalar ya elə orda qalır, ya da ki, zibilliklərə atılır. Bakı sakini isə qış parkının yaxınlığında olan evlər sökülərkən boş evlərdə qalan əşyaları toplayaraq saxlayıb. Sujetimizin qəhrəmanı ilk vaxtlar bu işə xobbi kimi başlasa da, artıq bu əşyalarla özünə dükan açıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Birinci Dünya Müharibəsi dövründən qalan kitablar, radiolar, sovet dönəminin əşyaları buradadır...
Demək olar ki, bu mağazada olan əşyaların əksəriyyəti bir zamanlar hər kəsin evində olub, əşyalara baxarkən nostalji hisslər yaşamamaq əldə deyil
Bakı sakini Qulaməli Babayev bir neçə il əvvəl köhnə evlər sökülərkən bir çox insanın zibilə atdığı həmin əşyaları toplayaraq saxlayıb.
İlk vaxtlar xobbi kimi başlasa da zamanla əşyalar o qədər artıb ki,Qulaməli Babayev onların satışına başlayıb.
25 minə yaxın kitab toplayan Qulaməli Babayev dükanında yer olmadığından kitabların çoxusunu hədiyyə edir. Onun sözlərinə görə, antik əşyalara kifayət qədər maraq var.
Qiymətlər isə əşyanın ilinə və vəziyyətinin sazlığına görə dəyişir.
6 ildir fəaliyyət göstərən dükana daha çox turistlər və gənclər maraq göstərir. Qulaməli Babayev kitabların bəzilərini internat məktəbinə hədiyyə etməyi düşünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bu dükan böyük marağa səbəb olur

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *