13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Robert Prosineçkinin gedəcəyi gün bəlli oldu:


Robert Prosineçkinin gedəcəyi gün bəlli oldu:

23.11.2017 21:52
admin

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki özünə yeni iş yeri tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis bu barədə özü Anadolu Agentliyinə açıqlama verib.
 
O, bildirib ki, artıq Azərbaycandakı işi sona çatıb və sabah ölkəmizi tərk edəcək. Vətəninə yollanacaq Prosineçki bundan sonra Bosniya və Hersoqovina millisi ilə danışıqlara başlayacaq.
 
DÇ-2018-ə yollanmaq hədəfinə çata bilməyən bosniyalılar Mehmed Bazdareviçi istefaya yollayıblar. Boş qalan posta isə xorvatiyalı namizəd göstərilib.
 
"Bosniya Federasiyasının rəsmiləri ilə görüşməkdən məmnun olacam. Gələn həftə Saraybosna görüşüb təklifi müzakirə edəcəyik. Anlaşmamız üçün heç bir əngəl qalmayıb" - deyə o, bildirib.
 
Qeyd edək ki, milli komandamızla müqavilə müddəti başa çatdıqdan sonra onunla əməkdaşlıq davam etdirilməmiş, əvəzində Qurban Qurbanov yığmaya baş məşqçi təyin olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *