22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Qadınlarda hormonal pozğunluqların əlamətləri


Qadınlarda hormonal pozğunluqların əlamətləri

23.11.2017 21:55
admin

Qadınlarda hormonal pozğunluqlar barədə danışdıqda ilk ağıla gələn qadınlarda baş verən aybaşı pozğunluqları, tüklənmə və sonsuzluq olur. Ancaq sayılan patologiyaların baş vermə səbəbi yalnız hormonal problemlər deyil.
Hormonal pozğunluqlar yalnız gənc yaşlarda tüklənməyə səbəb olur. Bu zaman tüklənmə getdikcə artır və hirsutizmə səbəb olur. Əksər hallarda bu zaman qan analizləri yoxlanıldıqda qızların hormonları normada olur. Bunları nəzərə alaraq tüklənmənin hormonlarla əlaqədar olması fikrinin, yanlış olduğunu təsdiqləyir.
Hormonal pozğunluqların qadınlarda əmələ gətirdiyi patologiyalardan ən birincisi aybaşı pozğunluğunun olduğu söylənilir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, aybaşı pozğunluqları qadınlıq hormonları adlandırılan hormonlarla əlaqədar olur. Bəzən qalanxanvarı vəzin hormonlarının da çatışmazlıqları aybaşının pozulmasına səbəb olur. Ancaq əksər hallarda müayinələr zamanı aybaşı pozğunluğu olan qadınlarda hormonal müayinə zamanı hormonların normada olduğu meydana çıxır.
Qadınlarda tüklənməyə, sonsuzluğa və aybaşı pozğunluğuna səbəb olan follikulların hipofiz səbəbli xaric etdiyi hormonlardır. Bu hormonun əmələ gəlməsi və ifrazı hipofiz vəzi ilə əlaqədar olur.
Qadınlarda hormonal pozğunluqlara səbəb olan hormonlar aşağıdakılardır:
Lütein hormonu.
Bu hormonun yüksək olması qadınlarda polikistozun olması, menopouzanın başlanması, yumurtalıqların fəaliyyət göstərməməsi və ya onların çıxarılmasının göstəricisidir.
Estrogen hormonunun yumurtalıqların hormonudur. Bu hormonun normal olması qızların cinsi yetişkənliyinin normal baş verməsinə, döşlərinin yetişməsinə və aybaşının normllaşmasına səbəb olur.
Progetron hormonu hamiləliyin başlaması və normal gedişinə nəzarət edən bir hormondur.
Prolaktin uşaq dünyaya gələrkən döşlərə süd gəlməsinə səbəb olur. Bu hormona süd hormonu da deyilir.
Tiroid hormonunun qadın orqanizmndə bir çox fəaliyyəti vardır. Onun çatışmazlığı bir çox xəstəliklərin baş verməsinə səbəb olur.
Progestron hidroksid hormonunun miqdarının pozulması qadınların həddindən artıq tüklənməsinə səbəb olan bir hormondur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *