8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Azərbaycanda tatu vurduranların 75 faizi qadındır


Azərbaycanda tatu vurduranların 75 faizi qadındır

14.11.2017 22:45
admin

Əvvəllər döymə əsasən kişilərdə rast gəlinsə də, indi qadınlar arasında da geniş yayılıb. Əsasən gənclərin etdirdiyi tatular arasında müxtəlif heyvan şəkilləri üstünlük təşkil edir. Sevgilisinin adını bədəninə yazdıranların da sayı az deyil. Lakin tatu etdirmək istəyənləri müxtəlif suallar narahat edir:

Bəyənməsəm sildirə bilərəmmi?

Neçə müddət bədənimdə qalacaq?

Ağrılı prosedurdurmu?

Tatu vurulan zaman orqanizmə hansısa infeksiyanın düşmə qorxusu varmı?

Medicina.az bu suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, dəri altına xüsusi rənglər vasitəsilə şəkillərin çəkilməsi tatu adlanır. Növünü isə sifarişçi təyin edir. Tatu tapançası 1800-cü illərin sonlarına doğru icad edilib. İynə, mürəkkəbi tutan balon, mühərrik və sürəti tənzimləmək üçün istifadə edilən pedaldan ibarətdir.

Döymə ustası İsmət Cəfərov döymə etdirənlərin sayının kifayət qədər olduğunu, lakin aralarında qadınların üstünlük təşkil etdiyini deyib: "Müqayisə etsək, müraciət edənlərin 75 faizinin qadın olduğunu deyə bilərəm. İki cür  tatu var. Xına ilə edilən keçici və xüsusi rənglə edilən qalıcı tatu. Silinməsi isə çox çətin və ağrılıdır. Nə qədər silinsə belə, yenə izlər qalır. Qiyməti isə 25 manatdan başlayaraq yüksəlir".

Mütəxəssis son zamanlar tatunu qeyri-professional aparatlar vasitəsilə edənlərin də ortaya çıxdığını vurğulayıb. O, bunun çox yanlış olduğunu deyib:
 
"Əslində tatu çox diqqət ediləsi, həssas peşədir. Professional aparatla vurulmalıdır. Professional qurğuların özünəməxsus iynələri mövcuddur.  Ancaq əldə düzəldilən vasitələrdə isə hansısa gitara simi və ya buna bənzər iynələrdən istifadə edirlər ki, bu da tamamilə yanlış üsuldur".

Bəs tatular dəridə hansısa xəstəliklər yarada bilərmi?
Dermatoloq Nigar Rəsulova tatunun çox zərərli olduğunu xatırladıb və həmin şəxsin yoluxa biləcəyi xəstəliklərdən bəhs edib: "Prosedur zamanı aseptika, antiseptika qaydalarına riayet etmədikdə infeksion xəstəliklərə yoluxmaq mümkündür (hətta hepatit C ve QİÇS kimi ). Ekzema  psoriaz, keloid kimi dəri xəstəlikləri, allergik reaksiya ve limfa vəzilərinin iltihabı kimi xəstəliklər bəzən qaçınılmaz olur. Tərkibində metal hissəcikləri olduğu üçün MR müayinəsi zamanı lokal ağrıya səbəb olur".

Bundan əlavə, həkim tatu boyasının insan orqanizminə uyğun olmasının vacib şərt olduğunu bildirib: "Tatunun silinməsi zamanı dəridə ton fərqi, çapıq kimi qeyri-estetik fəsadlar qala bilər. Həmçinin, tatu zamanı istifadə olunan rəngin təbii tərkibli olması mütləqdir. Qalıcı tatularda istifadə edilən boyanın tərkibi kimyəvi yad maddələrdən ibarət olduğu üçün heç bir kosmetik və ya tibbi prosedurlar zamanı istifadəsinə rast gəlinmir. Yad maddə qan, limfatik yolla bütün orqanizmə yayılmış olur ki, gələcəkdə gecikmiş  fəsadlara gətirib çıxarır".

"Hamiləlik zamanı tatunun vurulması doğrudurmu" sualına cavab verən mütəxəssis, bunun anomaliyalara səbəb ola biləcəyini vurğulayıb: "Hamilə qadına qətiyyən olmaz. Çünki dölün inkişafına əks təsir edərək müxtəlif fəsadlar yarada bilər.

Bundan əlavə, hər hansı yara izi, anadangəlmə xalın üzərinə tatu olunması qadağandır".

Qeyri-professional şəkildə edilmiş tatunun silinməsinin çətin, bəzən isə mümkünsüz olduğunu deyən həkim hazırda bunun üçün istifadə edilən texnikalardan danışıb:

"Profesional olunmuş tatu zamanı boya hissəcikləri əsasən dərinin alt təbəqəsində ve eyni dərinlikdə olduğu halda qeyri professional tatu dəri təbəqələrində paylanmış şəkildə olur.  Hazırda tatunun silinməsi bütün inkişaf etmiş ölkələrdə o cümlədən Azərbaycanda ND-YAG lazerlə icra olunur .Bu lazer sisteminin bir neçə növü vardır ki, nm -( nanometr ) lərinə görə fərqlidir və tatunun rənginden asılı olaraq hansının uyğun olduğu seçilir. Məsələn, qırmızı, sarı , qəhvəyi tatular -532 nm , mavi , qara tatular -1064 nm -lik ND- yağ lazer vasitesile silinməlidir . Seans sayi tatudan asılı olaraq 1-2, nadir hallarda 5 seans olaraq tətbiq olunur. Hər seans zamanı lokal yara əmələ gəlir və yaranın sağalmasını nəzərə alaraq seanslar arası müddət təxminən 3-4-5 həftə olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930