26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Dövlət qulluğuna qəbul üzrə yeniliklər açıqlanıb


Dövlət qulluğuna qəbul üzrə yeniliklər açıqlanıb

19.06.2017 00:00
admin
"Dövlət qulluğuna qəbuldan keçən namizədin aldığı sertifikat həmin vəzifə və onun alt qrupuna daxil olan bir neçə vəzifə üzrə keçərli olacaq".

"Trend" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.
Onun sözlərinə görə, məsələn, nazirlikdə baş məsləhətçi vəzifəsində olan şəxs 5 il ərzində baş məsləhətçi vəzifəsi ilə yanaşı, bu vəzifədən aşağı olan digər vəzifələr üzrə də müsahibələrdə iştirak etmək hüququ əldə edəcək.
V.Əsgərov bildirib ki, yeni sistemin üstünlüyü vətəndaşın bir vəzifə üzrə deyil, ondan aşağı olan və sertifikatla nəzərdə tutulan vəzifələr üzrə keçirilən müsabiqələrdə iştirak edə bilməsidir: "Bu dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır: "Əgər əvvəllər dövlət qulluğunda yüksəliş üçün iki yol - daxili və ümumi müsahibə keçirilməsi müəyyən edilmişdisə, artıq sertifikat əldə etmiş namizədin bu iki yola ehtiyacı olmadan daha yüksək vəzifəyə təyin edilməsi şansı var. Dövlət qulluğunda işə qəbul müsabiqəsi DİM-in sayı vasitəsilə elan ediləcək. Müsahibələr DİM nümayəndəsinin iştirakı ilə aparılacaq".
Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliyə görə, vətəndaşlar dövlət qulluğuna test imtahanlarının nəticələrinə görə sertifikat əsasında qəbul olunacaq. Bu sertifikat da 5 illik olacaq. Şəxs inzibati vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Mənbə: tezadlar.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив