19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Bura maşın bazarının qarşısıdır:


Bura maşın bazarının qarşısıdır:

18.06.2017 23:32
admin

Yolun kənarında dayanaraq hərəkətdə olan avtomobillərə əl yelləyirlər. Avtomobilini satmaq istəyən şəxslər isə maşını saxlayıb bu alıcılarla sövdələşmə aparır.

Milli.Az bildirir ki, bir qrup avtomobil alış-satışı ilə məşğul olan şəxslər artıq bazarda yox məhz bu ərazidə çalışmağa üstünlük verirlər. Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi ərazisində daha dəqiqi maşın bazarına gedən yolda bir neçə istiqamətdə sıra ilə dayanan bu şəxslər avtomobil almaq üçün yoldan keçən sürücülərə əl yelləyirlər. Beləcə, avtomobilini bazara çıxarmaq istəyən şəxs ora daxil olmamış elə bu alıcılarla razılaşıb maşını satır. Alıcıların sözlərinə görə, onlar əsasən həftənin istirahət günləri, səhər saatlarında bu əraziyə gəlirlər.

Həm alıcılar, həm də satıcılar deyir ki, bazara girməmiş avtomobili satmağın üstünlüyü bazar xərclərindən azad olmaq və vaxt itkisinin qarşısını almaqdır. Burada əsasən ikinci əl və azərbaycanda sürülmüş avtomobillər satıldığı üçün qiymətlərdə ele də böyük fərq yoxdur. Avtomobil alverçiləri deyir ki, istər bazarda olsun istərsə də bazar kənarında onsuz da alqı satqı sövdələşmə ilə baş tutur. Ona görə də qiymət bazardakından təxminən 300 manat fərqlənə bilər.

Alıcılar deyir ki, buradan alınan avtomobilin üzərinə müəyyən məbləğ qoyulmaqla ya rayonlarda, ya da ki elə maşın bazarlarına çıxarıb satırlar.

Ancaq avtomobil satmaq istəyən şəxslər yolun hərkət hissəsində maşını saxlıyıb sövdələşmə apardığından yolda bəzən sıxlıq yaranır. Buna görə də həm yol polisi, həm də post patrul xidməti əməkdaşları tərəfindən avtomobillər yoldan kənarlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bura maşın bazarının qarşısıdır: Yolun ortasında sövdələşmə gedir

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив