26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Azərbaycanda ailələr bu səbəblərdən dağılır:


Azərbaycanda ailələr bu səbəblərdən dağılır:

18.06.2017 19:37
admin

Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
 
Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.
 
Milli.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova modern.az-a bildirib ki, əksər boşanma halında olan şəxslər evlilik zamanı tələsik qərar verənlərdir:
 
"Bəzi gənclərimiz öhdəliklərini dərk etmədən ailə qurur və problemlərlə qarşılaşırlar. Qısa müddətdə tanış olub evlilik qərarı verən gənclərin bəzən  bir-birini tanımağa fürsəti belə olmur. Əsasən də qızlarımız bilmir ki, ərə getdiyi şəxs zərərli vərdişlərə aludə olan biridir, yaxud təhlükəli xəstəlik daşıyıcısıdır. Bu məsələlər məlum olanda isə münasibətlər gərginləşir və nəticədə ailələr dağılır".
 
A.Veysəlova boşanmaya əsas səbəblərdən biri kimi qızların fiziki və psixoloji cəhətdən ailə qurmağa hazır olmamasını göstərib.
O, eyni zamanda qeyd edib ki, ailədaxili zorakılıq, cütlüklərin uşağının olmaması, narkomaniya, sərxoşluq, xəyanət kimi faktorlar boşanmalarda üstünlük təşkil edən amillərdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив