8,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,78 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,31 AZN

описание


» » Rəşid Mahmudovdan Dövlət Məmmədova sərt etiraz: “Onun arvadı ermənidir”


Rəşid Mahmudovdan Dövlət Məmmədova sərt etiraz: “Onun arvadı ermənidir”

11.01.2017 21:45
admin

Gədəbəydən olan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun Gədəbəylə bağlı irəli sürdüyü iddianın dövlət tərəfindən ciddi araşdırılmalı olduğunu düşünür.

R.Mahmudov Publika.az-a deyib ki, Dövlət Məmmədov bu addımı ilə ermənilərə xidmət etməsini nümayiş etdirib:

“Bu adama sual vermək lazımdır ki, indi Azərbaycanla Ermənistan arasında müharibə şəraiti mövcuddur. Digər tərəfdən isə Ermənistan 25 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Belə bir şəraitdə bu cür yazı nə deməkdir? Məgər bu erməni dəyirmanına su tökmək deyilmi? Hətta, eşitmişəm ki, onun arvadı ermənidir. Gedib araşdırın, həqiqətlər üzə çıxacaq. Onu dərindən yoxlamaq lazımdır. Lap lazımdırsa, ona mənim adımdan da bu sualı verin: Ay Dövlət Məmmədov, müharibə şəraitində tarixçilərin yazmadığı yazıları sənin tapıb yazmaqda məqsədin nədir? Axı sən kimə qulluq edirsən?”

Xatırladaq ki, “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.

O, özünün “facebook” səhifələrindən birində Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:

“İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır...1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, ərazini Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır”.

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив