Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,16 RUB

» » Şeyxin müavini: "Bu gün İslam ölkələri atəşin içərisinə atılıb"


Şeyxin müavini: "Bu gün İslam ölkələri atəşin içərisinə atılıb"

11.01.2017 16:58
admin

Bu ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi təqdirəlayiq addımdır.

Milli.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini hacı Sabir Həsənli Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsinə münasibət bildirərkən deyib.

QMİ sədrinin müavini qeyd edib ki, İslam vəhdət, həmrəylik, sülh və əməkdaşlıq dinidir.

Onun sözlərinə görə, Azərbaycan da müsəlman ölkəsi olaraq İslam dininə bu cür töhfələr verir:

"Bu il Azərbaycan İslam ölkələrinin beynəlxalq idman oyununa ev sahibliyi edəcək. Bu, Azərbaycan dövlətinin bu sahədə apardığı siyasətin həm də dünyaya mesajıdır. Bu mənada 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi təqdirəlayiq addımdır.

Arzumuz odur ki, Allahın köməyi ilə 2017-ci ildə müsəlman ölkələrində baş verən xoşagəlməz hadisələr səngiyər, sona çatar, əmin-amanlıq bərpa olunur. Düşünürəm ki, dünyanın gələcəyinin sahibi İslam dinidir. Allah taala Qurani Kərimdə də buyurur ki, İslam mükəmməl və təkmilləşmiş dindir. İslam dünyəvi deyil, bəşəri dindir. Ona görə də Azərbaycanda bu sahədə aparılan siyasət uğur qazanacaq".

S.Həsənli bu il Bakıda İslam Həmrəyliyi Oyunlarının da təşkil olunacağını diqqətə çatdırıb:

"İslam ölkələrinin idmançıları Azərbaycanda öz güclərini sınayacaq. Bu baxımdan da cənab Prezidentin 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan etməsi vacib əhəmiyyət daşıyır. Mən arzu edirəm ki, təkcə 2017-ci il deyil, bütün illər İslam həmrəyliyi ili olsun. Çünki hazırda əksər müsəlman ölkələrində müharibələr, münaqişələr hökm sürür. Qərbin müdaxilələri nəticəsində bu gün İslam ölkələri atəşin içərisinə atılıb".

QMİ rəsmisi vurğulayıb ki, ötən il Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində xeyli işlər görülüb:

"Bu il də 2016-cı ilin davamı olaraq İslam həmrəyliyini yaşayacağıq. Əslində, Azərbaycan xalqı tarixən multikultural və tolerant olub, digər mədəniyyətlərə və dinlərə hörmətlə yanaşıb. Sadəcə olaraq, Azərbaycan xalqının bütün bu dəyərlərini dünyaya təqdim etmək lazım idi. Sağ olsun cənab Prezident ki, bunu da etdi".

Mili.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031