14,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,91 AZN
10 RUB = 0,3 AZN

описание


» » İmam Həsən Əsgərinin (ə) uşaqlıq dövrü


İmam Həsən Əsgərinin (ə) uşaqlıq dövrü

10.01.2017 23:45
admin

Ustad Ənsarianın "Əql kilidi gənci səadət" kitabında oxuyuruq: "Qoca bir kişi nəql edir: "Bir gün Mədinəyə getmişdim. O zaman ki, şəhərə daxil oldum, gördüm ki, bir neçə uşaq bir yerə toplaşıb, odla oynayırlar. Dörd yaşlı bir uşaq isə kənarda əyləşib fikrə gedibdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dili danışmırdı, ancaq bütün bədəni, gözləri, ürək zərbələri aqil insanlarla söhbət edirdi. Necə ki, xəstə insan öz siması ilə həkimlə söhbət edər. O, bir söz söz deməmiş, həkim bu xəstəyə deyər: "Siz gecə yatmamısınız"".
Bəli, insanın siması daxilindən xəbər verər. Bu uşağın da siması daxilindəki burulğanlardan xəbər verirdi. Boynunda olan məsuliyyətin yükünü gözlərindən oxumaq olurdu.
Qoca nəql edir: "Qabağa getdim və maraq üzündən uşaqdan soruşdum: "Niyə sən də başqa uşaqlarla oynamırsan?". O, mənə nəzər saldı və dedi: "Mənim icazəm yoxdur ki, ədəbsiz insanlara cavab verəm". Təəccüb edib dedim: "Sən məndən hansı ədəbsizliyə görmüsən ki?". Dedi: "Məgər ədəbin şərti bu deyildirmi ki, kiminləsə danışan zaman ilk salam verməlisən?".
Gördüm ki, o, haqlıdır. Ona görə dedim: "Düzdür, mən səhv etmişəm". Sonra salam verib dedim: "İndi deyə bilərsənmi ki, niyə başqa uşaqlarla oynamırsan?".
Dedi: "Çünki bu ömrü mənə oynamaq üçün inayət etməyiblər. "Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?". ("Muminun" 115).
"(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) "əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə!". ("Zumər" 56)".
Uşaq davam etdi: "Uşaqların yandırdığı bu atəş mənə cəhənnəm atəşini yada saldı və öz batinimdə ondan Allaha pənah apardım ki, siz gəlib çıxdınız və məni bu haldan çıxartdığınız". Dedim: "Deyə bilərsənmi ki, sənin evin haradadır?".
Dedi: "Elə bu evdir ki, qarşısında əyləşmişəm".
Onun adını və atasının adını soruşdum, dedi: "Adım Həsəndir, atamın adı Əlidir. Mən Həsən ibn Əliyəm (ə)""". (Erfan)
Bəli, bu İmam  Həsən ibni Əli (ə) idi. Hələ uşaqlıq dövründən püxtələşmiş ağıla və bəsirətə malik olmuş və insanları hələ kiçik yaşlarından tərbiyə etmişdir. Həzrətin (ə) nurlu ağlı və bəsirətli ürəyi elə bir nemət idi ki, aqil insanları hələ kiçik yaşlarından özünə tərəf cəlb edir və məftun edirdi.
Mövludun mübarək, ey Həsən ibn Əli (ə)!
Mövludun mübarək, ey Qaimin (ə.f) əziz atası!

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив