24,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Bağçada məskunlaşan ailələrin həyatına təhlükə yaranıb - FOTOLAR


Bağçada məskunlaşan ailələrin həyatına təhlükə yaranıb - FOTOLAR

10.01.2017 22:54
admin

Məcburi köçkünlərin məskunlaşdığı Salyan rayonu Xələc kəndində yerləşən uşaq bağçası qəzalı vəziyyətdədir. Vətəndaşlar  həyatlarına yaranan təhlükəyə görə narahatlığını bildirirlər.
Bu barədə “Bizim Yol”a həmin ünvanda məskunalşamış Füzuli rayonundan məcburi köçkün Balağa Cəfərov bildirib. Onun sözlərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, şikayət baxılmamış qalıb.  

“Bizi bina uçqunundan ölməsək, soyuqdan öləcəyik. Otaqları isidə bilmirik. Qaz xətti məskunlaşdığımız bağçanın yanında keçsə də, otaqlara qaz çəkməyimizə icazə vermirlər. “Azəriqaz” İstehsalat Birliyi bu qadağanı onunla əlaqələndirir ki, yaşadığımız bina qəzalı vəziyyətdədir. Burada məskunalaşan dörd məcburi köçkün ailəsinin üzvləri soyuqdan tez-tez xəstələnir. Məcburi köçkün olaraq aldığımız “çörək pulu”nu  dərman peraparatlarına veririk”,-deyə Balağa Cəfərov bildirib.
Onun sözlərinə görə, burada məksunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı söz-söhbət gəzsə də, onlar köçürülmək üçün siyahıya alınmayıb. 

Ramid İBRAHİMOV


Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив