24,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Uşağın qırxı çıxdıqda hansı mərasimləri etmək lazımdır?


Uşağın qırxı çıxdıqda hansı mərasimləri etmək lazımdır?

07.01.2017 22:55
admin

Uşaq üçün təhnik (xurma və yaxud bal kimi şirin bir şeyi uşaq doğulanda onun ağzına qoymaqdır) və dua etmək müstəhəbdir (bəyəniləndir). Əbu Musa (Allah ondan razı olsun) belə deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına apardım. O, uşağa İbrahim adını qoydu. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət dilədi və sonra uşağı mənə qaytardı". Bu uşaq Əbu Musanın böyük uşağı idi". (Buxari 5150; Muslim 2145).
2) Birinci və yaxud yeddinci gün uşağa ad qoymaq. Milli.Az zikr.az-a istinadən bildirir ki, Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: "Bu gecə mənim oğlum oldu və ona atam İbrahimin adını qoydum". (Muslim, 3126).
Aişənin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir: "Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Həsən və Hüseyin (Allah onların hər ikisindən də razı olsun) üçün yeddinci gün "əqiq" etdi və onlara ad qoydu". (İbn Hibban, 12/127; əl-Hakim, 4/264; Hafiz ibn Həcər hədisi "Fəthu-l-Bəri" kitabında (9/589) səhihləşdirmişdir).
3) Əqiq və sünnət etmək. Övladı olan insanın imkan daxilində əqiq qurbanı kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir. Salman ibn Amir əd-Dabbiyə (Allah ondan razı olsun) istinadən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğu bildirilir: "Doğulmuş uşaqla yanaşı "əqiqi" var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (Tirmizi, 1515; İbn Məcəh: 2/1056, № 3163-3164; Nəsai, 4214; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/396) səhihləşdirmişdir).
Samura ibn Cundubun (Allah ondan razı olsun) xəbər verir ki, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə dedi: "Doğulmuş hər bir uşaq "əqiqinə" bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (Tirmizi, 1522; Nəsai, 4220; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/385) səhihləşdirmişdir).
Həmçinin, ola bilsin ki, əqiqin digər faydalarından da biri, qohum-əqrəbanın və dost-tanışın "vəlimə" (ziyafət) münasibətilə bir yerə toplaşmasıdır.
4) Sünnət etdirmək. "Fitri sünnətlərdəndir". Oğlan uşaqlarını sünnət etdirmək vacibdir. Çünki bu təmizlikdir. Təmizlik isə öz növbəsində namazın şərtlərindən biridir. Əbu Hureyradan (radıyəllahu anhu) rəvayət edilir: "Beş şey fitrətdən sayılır: 1. Xitan (sünnət etdirmək); 2. Ayıb yerləri qırxmaq; 3. Qoltuğaltı tüklərini götürmək; 4. Dırnaqları tutmaq; 5. Bığları qısaltmaq". (Buxari, 18/245, № 5439-5550; Muslim, 2/67, № 257-377).
5) Yeni doğulan uşaqla bağlı sünnətlər arasında alimlər həmçinin azan verməyi də qeyd edirlər. Azan körpənin sağ qulağına oxunur. Məqsəd budur ki, dünyaya gələn körpənin ilk duyacağı kəlmə Tövhid kəlməsi olsun.
6) Körpənin başını qırxaraq başını zəfəranla yağlamaq olduqca faydalıdır.
7) Daha sonra isə saçının ağırlığı çəkisində qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyil. Bunu etmək çox çətindirsə, sadəcə saçın ağırlığını təxminən hesablamaq, qızıl və yaxud gümüşün dəyərinə bərabər kağız pul vermək kifayətdir.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив